Türkiyə mətbuatı, 7 iyul 2020

“Sabah", “Vatan", “Hürriyet", “Star” və “Yeni Şafak” bu gün nələrdən yazır?

1450321
Türkiyə mətbuatı, 7 iyul 2020

 

“Sabah": Çavuşoğlundan Aİ-iə sərt mesaj

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının (AB) səlahiyyətli nümayəndəsi Cosep Borrell ilə təşkil edilən ortaq mətbuat konfransında Aİ-ə sərt xəbərdarlıq edərək deyib: “Avropa İttifaqı Türkiyə əleyhinə qərarlar verərsə, bunun qarşılığını vermək məcburiyyətində qalacağıq. Bu da həllə fayda verməz".

“Vatan": Türkiyə fəlakətin qarşısını aldı və Parisin rəsmi Ankaranı günahlandırmasının səbəbi...

  İngiltərədə çıxan “Financial Times” qəzeti Liviyanın şərqindəki qeyri-qanuni silahlı qüvvələrin başçısı Xəlifə Hafterin artıq Fransa üçün yükə çevrildiyini, rəsmi Parisin Ankaranı günahlandırmasının arxasındakı əsl səbəbin də Hafterə bel bağlamaqda səhv etdiyinin üstünü örtmə cəhdi olduğunu yazıb.

“Hürriyet": Almaniyadan Türkiyə şərhi

  Almaniya turizm məsulu Tomas Bareya (Thomas Bareiá) korona virusu (Covid-19) epidemiyası ilə əlaqədar Türkiyəyə qarşı səyahət xəbərdarlığının qaldırılmasının qısa müddətdə mümkün ola biləcəyini söyləyib: "Vəziyyət keçən həftəki kimi yaxşı olsa, tez bir zamanda turizm hazırlıqlarına keçə bilərik".

“Star”: Türkiyə mebel sektoru əyləci basdı

  Türkiyə Mebel Sənayeçiləri Dərnəyinin sədri Mustafa Balcı mebel ixracatında yeni hədəf bazarlarının Amerika ölkələri və ABŞ olduğunu bildirib: “Xüsusilə dizayn və keyfiyyətdə Türkiyə əhəmiyyətli potensiala malikdir. Bu istiqamətdə keçən il ABŞ-a olan təxminən 200 milyon dollarlıq ixracatımızı artıq 1 milyard dollara çıxarmağı planlaşdırıq."

“Yeni Şafak”: Kosmosdan çəkilən Ankara bir milyondan çox bəyənmə aldı

  Beynəlxalq Kosmos Stansiyasından Ankaranın fotoşəkilini çəkən ABŞ Havaçılıq və Kosmos Agentliyi – NASA şəkli sosial mediada yayıb. NASA-nın “instagram”dan paytaxtın gecə kosmosdan çəkilmiş görüntüsünü "Ankara Türkiyənin ürəyi - qaranlıq gecə və kosmosda bir parıltı" başlığı ilə paylaşıb. Fotoşəkil bir milyondan çox adam tərəfindən bəyənilib.



Әlaqәli Xәbәrlәr