Türkiyə mətbuatı, 6 iyul 2020

“Vatan”, “Sabah", “Star", “Hürriyet" və “Yeni Şafak” bu gün nələrdən yazır?

1449577
Türkiyə mətbuatı, 6 iyul 2020

 

“Vatan”: Ərdoğan “Haqqımızı zorla alırıq" dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 26 şəhərdə 52 yeni hidroelektrik stansiyanın birgə açılış mərasimində etdiyi çıxışında Avropa İttifaqının Türkiyəyə qarşı rəftarını tənqid edərək deyib: "Avropa İttifaqı şəffaflıq problemi olan ölkələri Türkiyənin önünə qoyaraq tətbiq etdiyi ikili standartın pərdə axrasındakı niyyəti ortadadır. Biz haqqımız olanları mübarizə apararaq zorla alacağıq".

“Sabah": Çavuşoğlu “Ən müvəffəqiyyətli ölkələrdən biri olduq" dedi

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu korona virusu epidemiyası ilə bağlı bunları söyləyib: "Gördüyümüz tədbirlər sayəsində korona virusla mübarizədə ən uğurlu ölkələrdən biri olduq. Dünyada ən yaxşı tibb sistemi və infrastrukturuna malik ölkələrdən biriyik."

“Star": Türkiyə nümunə oldu

  Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Etibarlı Turizm Sertifikasiya Proqramıyla əlaqədar deyib: "Türkiyədə möhkəmləndirilmiş sertifikasiya sistemini həm səfirlər, həm də xarici mətbuat nümayəndələrilə paylaşdıq. Onlar “Çox müvəffəqiyyətli, ayrıntılı çalışılmış bir sistemdir” deyərək öz ölkələrində tətbiq olunması üçün dəstək istədilər."

“Hürriyet": “Anadolu” gəmisi Türkiyəni dənizlərdə qlobal güc edəcək

  Türkiyə sənaye və texnologiya naziri Mustafa Varank Türkiyə Silahlı Qüvvələrinin dənizlərdə hərbi hərəkat və humanitar yardım əməliyyatı qabiliyyətlərini artıracaq “Anadolu” çoxməqsədli amfibiya hücum gəmisinin milli tank və zirehli maşınlar olmaqla 100-ə yaxın amfibiya xidmət qrupunu və bununla əlaqədar olaraq 30-dan çox hava vasitəsini daşıya biləcəyini söylədi.  

“Yeni Şafak”: Türkiyə alimlərindən böyük uğur

  Elazığdakı Fırat Universitetinin araşdırmaçıları saç telindən 750 dəfə kiçik quruluşa malik yeni tip korona virusunun quruluşunu ODTÜ məzunu olmuş alim tərəfindən inkişaf etdirilən atom mikroskopu ilə müşahidə edib. Tikanlı top şəklində modelləşdirilən korona virusunun görüntü analizləri bir çox elmi araşdırmaya yardım ola bilər.

 



Әlaqәli Xәbәrlәr