Türkiyә mәtbuatı: 3 iyul 2020

Türkiyә mәtbuatı dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1448117
Türkiyә mәtbuatı: 3 iyul 2020

 

Türkiyә mәtbuatı dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

Yeni Şafak: ‘‘Epidemiyadan sonra ilk sәfәr

Yeni növ koronavirus pandemiyasından sonra xaricә ilk sәfәrini hәyata keçirәn Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan dünәn Qәtәr Әmiri Şeyx Tәmim bin Hәmmad Әş Sani ilә görüşüb. Әrdoğan vә Sanini  nümayәndә heyәtlәri müşayiәt edib. Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan görüşdәn sonra baş tutan rәsmi iş yemәyindәn ardından  vәtәnә qayıdıb.

 

‘‘Haber Türk’’: Mövlud Çavuşoğlu Almaniyada sәfәrdәdir.

Almaniyada sәfәrdә olan Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu bu ölkәnin xarici işlәr naziri Hayko Maasla keçirdiyi görüşdәn sonra Avropa ittifaqının Türkiyәyә sәyahәtlә bağlı etdiyi  xәbәrdarlığı aradan qaldırmamasını ‘‘xәyal qırıqlığı’’ adlandırıb. Mövlud Çavuşoğlu hәmçinin Şәrqi Aralıq dәnizindә Fransa ilә yaşanan gәrginliklә bağlı deyib: ‘‘Yayılan iddialar hәqiqәti әks etdirmir. Fransa bizdәn üzr istәmәlidir’’.

 

‘‘Vatan’’: Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın: ‘‘Türkiyә onların yanında  olmağa davam edәcәk’’

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın bildirib ki,  İsrailin ilhaq planı  beynәlxalq hüquq normalarına ziddir. Kalın deyib: ‘‘Türkiyә Fәlәstin xalqının yanında olmağa davam edәcәk’’.

 

‘‘Sabah’’: Nazir Pekcan ixracla bağlı bәyanat verib

Türkiyәnin ticarәt naziri Ruhsar Pekcan iyun ayına dair ixrac hәcmini açıqlayıb. Ruhsar Pekcan deyib: ‘‘Hazırda ixrac hәçmimiz keçәn ilin eyni dövrü ilә müqayisәdә 15,8 % artaraq 13 milyard 469 milyon dolarla çatıb. İxrac hәcmi may ayı ilә müqayisәdә 35 % artıb’’.
 

‘‘Hürriyet’’: Türkiyәdә ilk Gento növü pinqvin doğulub.

Türkiyәnin ilk Gento növü pinqvini 38 günlük inkubasiya dövründәn sonra İstanbul Akvariumunda doğulub. Mәlumata görә, onun çәkisi 100 qramdır.



Әlaqәli Xәbәrlәr