Türkiyə mətbuatından xülasə, 8 may 2020

“Yeni Şafak”, “Hürriyet”, “Star”, “Sabah” və “Haber Türk” bu gün nələrdən yazır?

1413150
Türkiyə mətbuatından xülasə, 8 may 2020

 

“Yeni Şafak”: Türkiyənin korona virusuyla mübarizədəki müvəffəqiyyəti rəqəmlərlə əks olunur

  Yeni tip korona virusu ilə mübarizədə dünyadakı aktiv yoluxma və yaxşılaşma dərəcələrilə müqayisədə Türkiyədə bu vəziyyət daha ürəkaçandır. 6 maydan etibarən dünyada aktiv yoluxma nisbətində 58,03, sağalan xəstə nisbətində 33,76 faiz azalma müşahidə edilərkən Türkiyədə yoluxma halları 36,95, yaxşılaşma nisbəti isə 59,36 faiz qeyd edilib.

“Hürriyet”: Türkiyədən dünyaya insanlıq dərsi

  Türkiyə Argentinada qapalı qalan və bundan əvvəl 6 ölkənin aparmağı qəbul etmədiyi 9 Ukrayna vətəndaşını öz vətəndaşlarıyla birlikdə götürdü. Ukraynanın Türkiyədəki səfiri Andrii Sibira vətəndaşlarına kömək əli tutan Türkiyə hökumətinə ölkəsi adından təşəkkürünü bildirdi.

“Star”: Xarici İşlər Nazirliyi İsrailin qanunsuz məskunlaşmanı genişləndirmə qərarına reaksiya verdi

  Türkiyə Xarici İşlər Nazirliyi İsrail müdafiə naziri Naftali Bennetin ölkənin qanuni haqqı olmayan ərazisində yaşayış binaları inşa edilməsi üçün verdiyi qərara reaksiya bildirib: “İsrailin, Birləşmiş Millətlər Təşkilatı başda olmaqla, beynəlxalq hüquq təşkilatlarının qətnamələrinə məhəl qoymayan qərarlarını yenə də kəskin şəkildə qınayır, hər zaman qardaş Fələstin xalqı və Fələstinin haqlı mübarizəsinin yanında olacağımızı vurğulayırıq."

“Sabah”: Türkiyənin həmləsi meyvələrini verir

  Türkiyənin son illərdəki əkinçilik həmləsi meyvələrini verməyə davam edir. İlin ilk 4 ayında kənd təsərrüfatı sektorlarında ixracat 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artıb. Yanvar-aprel dövründə xarici satışları ən çox artıran sektor qoz-fındıq məhsulları olub.

“Haber Türk”: Patarada tapılan kitabə qazıntı qrupunu həyəcanlandırdı

  Türkiyənin Antalya şəhərinin Kaş bölgəsindəki Patara antik şəhərindəki elmi qazıntı qrupu qədim amfiteatrda bərpa işləri zamanı tarixi bir kitabə aşkara çıxarıblar. Qədim şəhərin antik dövründə yaşayan mühüm bir adamın şərəfinə yazılmış böyük kitabə araşdırılmağa başlanıb.



Әlaqәli Xәbәrlәr