Türkiyә mәtbuatı:27 aprel 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1405753
Türkiyә mәtbuatı:27 aprel 2020

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürrüyet’’: İsveçdә müalicә edilmәyәn Türkiyә vәtәndaşı Ankaradadır.

İsveçin Malmö şəhərində yeni tip korona virusu (Covid-19) testi müsbət çıxmasına baxmayaraq müalicə edilməyərək evinə göndərilən 47 yaşlı Emrullah Gülüşken üç uşağı ilə birlikdə Türkiyə Səhiyyə Nazirliyinə məxsus təcili yardım təyyarəsiylə Türkiyəyə gətirildi. Malmö Sturup hava limanına enən təcili yardım təyyarəsi 26 aprel səhər 09.00-da Emrullah Gülüşken və uşaqları Esma, Samira və Mahmudu götürərək yola düşüb. Gülüşkeni daşıyan tәyyarә Türkiyә vaxtı ilә saat 13.40-da Ankaraya çatıb.Gülüşken vә qızları edilәn tibbi müayinәdәn sonra Ankara Şәhәr Xәstәxanasına aparılıblar.

‘‘Haber Türk’’: Türkiyә koronavirusla mübarizәdә xaricdәki vәtәndaşlarının da yanındadır.

Koronavirusla bağlı gördüyü qabaqlayıcı tәdbirlәrlә vә operativ sәhiyyә xidmәti ilә diqqәt mәrkәzindә olan Türkiyә xaricdәki vәtәndaşlarını da tәk qoymadı. Öz vәtәndaşlarını belә müalicә etmәktә çәtinlik çәkәn Avropa başda olmaqla dünyanın dörd güşәsindәki Türkiyә vәtәndaşları hәyata keçirilәn müvәffәqiyyәtli әmәliyyatlar nәticәsindә Türkiyәyә gәtirildi. Türkiyәyә gәtirilәn vәtәndaşların sayı 40 mini keçib. 

‘‘Yeni Şafak’’: Sәhiyyә naziri Fәxrәddin Koca: ‘‘Ölkәmlә fәxr edirәm’’.

Türkiyәnin sәhiyyә naziri Fәxrәddin Koca dünәn şәxsi ‘‘Twitter’’ sәhifәsindә İstanbul Okmeydanı, Ankara, Kayseri vә Başakşehir Şәhәr Xәstәxanalarının şәkillәrini paylaşıb. Fәxrәddin Koca paylaşımında bu ifadәlәrә yer verib: ‘‘Ölkәmlә fәxr edirәm’’.

 

‘‘Sabah’’: Türk Hava Yollarından mәnalı addım.

Türk Hava Yolları  Dünya Pilotlar Günündә Monteneqronun Podqoritsa şәhәrindә olan 153 Türkiyә vәtәndaşını tәxliyә edib. Özәl bir gündә hәyata keçirilәn aviareys zamanı ekipaj üzvlәri koronavirus sәbәbindәn hәyatını itirәn iş yoldaşlarını etdiklәri anonslarla  yad edib.


‘‘Star’’: Milli Müdafiә Nazirliyi: ‘‘Әmәliyyat üçün hazırlıq tәlimlәri Egey vә Aralıq dәnizlәrindә hәyata keçirildi’’.

Türkiyәnin Milli Müdafiә Nazirliyi Hәrbi Dәniz Qüvvәlәari Komandanlığının әmәliyyat üçün hazırlıq tәlimlәrini 2020-ci ilin 22-24 aprel tarixlәri arasında Egey vә Şәrqi Aralıq dәzizlәrindә hәyata keçirdiyini açıqlayıb. Tәlimә 27 gәmi, qırıcılar, helikopterlәr vә pilotsuz uçuş aparatlarının qatıldığı bildirilir.



Әlaqәli Xәbәrlәr