Türkiyə mətbuatı, 8 aprel 2020

“Hürriyet”, “Star”, “Sabah”, “Yeni Şafak” və “Vatan” bu gün nələrdən yazır?

1393505
Türkiyə mətbuatı, 8 aprel 2020

 

“Hürriyet”: Sancaktepedə xəstəxana inşasına başlanıldı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 6-da etdiyi Nazirlər Kabinetinin iclasından sonra İstanbulda korona virusuyla mübarizə çərçivəsində iki yeni xəstəxana inşa ediləcəyini söyləmişdi. Artıq Sancaktepedə virusa yoluxan xəstələr üçün xəstəxana işlərinə başlanılıb. Tikinti və yük maşınları xəstəxananın inşa ediləcəyi ərazidə çalışma işləri görür.

“Star”: Korona virusunu yenən həkim ilk könüllü plazma donoru oldu

  Türkiyə Səhiyyə Nazirliyi və Türkiyə Qırmızı Aypara (Kızılay) Cəmiyyətinin koordinasiyası ilə korona virusu başlayandan ona qarşı immun plazma müalicəsi üçün ilk könüllü donor həkim Kürşat Demir oldu.

 “Sabah”: Türkiyə Qırmızı Aypara Cəmiyyətindən plazma müalicəsi açqılaması

  Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınık immun plazma müalicəsi üçün gündə 750 donordan plazma almağa qadir olduqlarını bildirərək deyib: “Xəstə sağaldıqdan 14 gün sonra plazma alma işləri başlanır. Hər dəfə 400 millilitr plazma alnacaq. Bu miqdar iki xəstəyə şəfa verəcək."

“Yeni Şafak”: ASELSAN yerli nəfəs aparatları üçün düyməni basır

  ASELSAN İdarə Heyətinin sədri və baş meneceri Haluk Görgün dünyaya təsir edən korona virusunun yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində ASELSAN-da yerli nəfəs aparatları üçün istehsal xətti qurulduğunu açıqlayıb: "Layihə qrupumuz “Bizi otağa bağlayın, xəstələrimizə nəfəs verəcək  cihazlar inkişaf etdirmədən bizə yatmaq yoxdur” deyərək səhərə qədər işləyirlər.

“Vatan”: Türkiyədə işəgetmə nisbəti 45 faiz azalıb

  Korona virusu yayılmağa başlayandan ictimai hərəkətliliyin necə dəyişdiyinə dair “Covid-19” hesabatı yayınlanıb. 131 ölkəni əhatə edən hesabata görə, Türkiyədə işəgetmə nisbətində 45 fazilik bir azalma vardır.  



Әlaqәli Xәbәrlәr