Türkiyə mətbuatı: 30 mart 2020

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1387330
Türkiyə mətbuatı: 30 mart 2020

 

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Star'': "Türkiyənin şəhər xəstəxanaları dünyaya nümunə oldu"


Yeni növ  koronavirus (Covid-19) epidemiyası dünyada yayılmağa davam edir. Bu sədəbdən Çində və Avropa ölkələrində çox sayda  səhiyyə işçisi həlak olub. Çində aparılan araşdırmaya görə, virusa yoluxmuş 81 min insanın 40 faizi xəstəxanada bu epidemiyaya tutulub.
Türkiyədəki şəhər xəstəxanaları malik olduqları 450 min kvadrat metr bağlı sahə ilə virusun yayılma sürətini yarı-yarıya azaldıb.

 

''Yeni Şafak'': Türkiyə bu epidemiyanı  məğlub edəcək gücə malikdir.

Türkiyənin ən çox patentə sahib olan üçüncü şirkəti və 3 mindən çox işçiylə dərman istehsal edərək  50 ölkəyə dərman ixrac edən ''Neutec İlac'' şirkətinin  idarə heyətinin vaşçısı Mahmud Bilgiç  Türkiyənin yeni növ koronavirus epidemiyasını məğlub edəcək gücə malik olduğunu deyib. Mahmud Bilgiç Türkiyədəki əczaxanalar vasitəsilə immun sistemini gücləndirəcək dərmanların xalqa təqdim edildiyini ifadə edib.

 

''Haber Türk'': Türkiyə  bu prosesin öhdəsindən gələcək


Mərkəzi Bankın vitse-prezidenti Oğuzhan Özbaş dinamik quruluşa malik  olan Türkiyə iqtisadiyyatının koronavirus prosesinin  minimal zərərlə və qısa müddət öhdəsindən gələn iqtisadiyyatlardan biri olacağını bildirdi.

 

''Hürriyet'': Fransa Türkiyə kimi tədbir görmədi

Fransanın ''Le Havre'' komandasını futbolçusu  Umut Meraş Fransadakı insanların koronavirus təhlükəsini ciddi qəbul etmədiklərini,evdə qalmadıqlarını və maska və ya əlcək istifadə etmədiklərini bildirib. ''Le Havre''  komandasını məşhur futbolçusu deyib: ''Fransada inanlar Türkiyədəki kimi tədbirlər görmədi.  Hazırda Fransada İtaliyadakı  kimi pis bir vəziyyət  var. Vəziyyətin getdikcə pisləşdiyini deyirlər".

 

''Sabah'': Futbolçuların başlatdığı kampaniyaya dəstək artmaqda davam edir.


Futbol dünyasını hərəkətə keçirən Tuncay Şanlının Sakaryadakı otelini səhiyyə işçilərinə ayıracağını bildirib. Daha sonra  Adem Büyük və Merih Demiral Səhiyyə Nazirliyinə maskalar, test dəstləri və qoruyucu vasitələr bağışladılar. Demiral şagirdlərə bir sıra kitab da   bağışlayıb. Futbolçuların başlatdığı kampaniyaya dəstək artmaqda davam edir.

 

 



Әlaqәli Xәbәrlәr