Türkiyə mətbuatı, 3 mart 2020

“Star”, “Haber Türk”, “Yeni Şafak”, “Hürriyet” və “Sabah” bu gün nələrdən yazır?

1370552
Türkiyə mətbuatı, 3 mart 2020

 

Türkiyə mətbuatı, 3 mart 2020

“Star”: Ərdoğan “Təcili Türkiyənin təyin etdiyi sərhədlərə çəkilməzlərsə, çiyinlərinin üstündə baş qalmayacaq" dedi.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada etdiyi çıxışında bunları söyləyib: "İdlibdəki əməliyyatlarımızı 34 şəhidimizdən sonra genişləndirdik. Əsəd rejiminə tarixinin ən ağır itkilərini verdirdik. Təcili Türkiyənin təyin etdiyi sərhədlərə çəkilməzlərsə, çiyinlərinin üstündə baş qalmayacaq".

“Haber Türk”: Nazir Soyludan Yunanıstana immiqrant çağırışı

  Türkiyənin daxili işlər naziri Süleyman Soylu Yunanıstan Təhlükəsizlik Qüvvələri tərəfindən Avropaya getmək üçün sərhəddə gözləyən qaçqınlara qaz və səs bombaları atılmasıyla bağlı deyib: "Yunanıstanın üzərinə düşən sərhədlərinə gəlmiş insanların sığınma tələblərini köç hüququ baxımından qiymətləndirib qoruma təmin etməsidir. Ona görə də Yunanıstan səlahiyyətlilərini təməl hüquq sənədlərinə və ən mühümü insanlığa uyğun davranmağa dəvət edirik".

“Yeni Şafak”: BMT bildirib: “Türkiyə İdlibdə vətəndaşların zərər çəkməməsi üçün çox diqqətli davranır"

  Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Müstəqil Suriya Araşdırma Komissiyasının üzvü Henni Meqalli (Hanny Megally): "Türkiyə İdlibdə vətəndaşların zərər çəkməməsi üçün çox diqqətli davranır", - dedi.

“Hürriyet”: Türkiyədə turizm hərəkətliliyi

  Çində ortaya çıxan korona virusuyla bağlı kruvaziyer şirkətlər Uzaq Şərq səfərlərini ləğv etməyə başlayıb. Şirkətlərin yeni yolu isə Qaradəniz olub. İstanbuldan yola çıxacaq nəhəng gəmilər əvvəlcə Türkiyənin Sinop, Trabzon, sonra Gürcüstanın Batum limanlarına yan alacaq. Beləliklə, turizmdə ciddi hərəkətlənmə olacaq.

“Sabah”: Antalyada rekord üstünə rekord

  Turizmdə 2020-ci ilin yanvar ayında bütün zamanların ən yüksək dövri turist sayına çatan Antalya yeni bir rekorda imza atıb: şəhərə 2 ayda 30 faiz artımla 388 min 994 turist gəlib.



Әlaqәli Xәbәrlәr