Türkiyə mətbuatı, 27 fevral 2020

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1367293
Türkiyə mətbuatı, 27 fevral 2020

“Haber Türk”: Ərdoğan: “Əsədə verdiyimiz müddət başa çatır”

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsi mövzusunda dəqiq mesaj verdi. Soçi razılaşmasına əməl etməyən Bəşər Əsədə “Verdiyimiz müddət başa çatır” deyən Ərdoğan İdlibdə ən kiçik geri addım atmayacağıq. Rejimi müəyyən etdiyimiz sərhədlərdən kənara çıxaracağıq” dedi.

“Hürriyet”: Latınların Türkiyəyə marağı Türk Hava Yollarına müsbət təsir göstərdi

Latınların Türkiyəyə marağı THY-na müsbət təsir etdi. THY keçən ilin avqust ayında start verdiyi Meksika səfərlərini göstərilən rəğbətə görə artırma qərarına gəldi. THY həftədə 3 dəfə reallaşdırdığı İstanbul-Mexiko Sity-Cancun-İstanbul səfərlərini iyunun 8-dən tutmuş həftə də 4-ə çıxaracaq. THY Meksika xəttində ildə 100 min sərnişin daşımağı hədəf götürüb.

“Vatan”: Türkiyənin üçüncü qazma gəmisi hərəkət etdi

Enerji və təbii sərvətlər naziri Fateh Dönməz Türkiyənin üçüncü qazma gəmisinin fevralın 25-də yola düşdüyünü bildirdi.

Nazir Dönməz sosial media hesabında yer alan açıqlamasında: “Prezident Ərdoğanın daha əvvəl açıqladığı üzrə üçüncü axtarış-qazma gəmimiz Türkiyəyə göndərildi. Ölkəmizə və millətimizə xeyirli olsun”.

İlk 2 axtarış-qazma gəmiləri Fatih və Yavuzu Norveçdən satın alan Türkiyə, 3-cü gəmini İngiltərədən satın aldı.

“Sabah”: Sifarişlər Türkiyəyə gələcək

Çinin Uxan şəhərində ortaya çıxan koronavirus səbəbindən ölkədə durğunluq dövrünü yaşayan istehsal sahəsi və virus narahatlığı brendləri alternativ yol axtarmağa vadar edib. Sənaye və texnologiya naziri Mustafa Varank da mövzuya münasibətində Çindən edilən mal tədarükünün bir qisminin Türkiyəyə yüz tutacağını bildirib.

“Star”: Türkiyə Çempionlar Liqasında ilk sıralarda yer alacaq

Prezident Administrasiyasının Strateji və büdcə şöbəsinin rəhbəri Naci Ağbal belə bir açıqlama ilə çıxış edib. Zəngin ölkələrin yerini dəyişdiyini, eləcə də İnkişaf Etmiş Ölkələr-ABŞ, İngiltərə, Fransa, İtaliya və Kanadanın qlobal gəlir payının azaldığını deyən Ağbal ulduzu yeni parlayan Türkiyə, Çin, Hindistan, Braziliya, Cənubi Afrika kimi ölkələrin gələcəkdə dünya ticarətində daha çox paya sahib olacağını bildirib.



Әlaqәli Xәbәrlәr