Türkiyǝ mǝtbuatı: 26 fevral 2020

Türkiyǝ mǝtbuatında dǝrc olunan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1366497
Türkiyǝ mǝtbuatı: 26 fevral 2020

 

Türkiyǝ mǝtbuatında dǝrc olunan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

‘‘Star’’: Әrdoğan: ‘‘Türkiyǝ ilǝ Azǝrbaycan arasındakı  ticarǝt hǝcmini 15 milyard dollara çatdırmağı hǝdǝflǝyirik’’

Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğan Azǝrbaycanın paytaxtı Bakıda prezident İlham Әliyevlǝ keçirdiklǝri görüşdǝ Türkiyǝ-Azǝrbaycan münasibǝtlǝrini ǝtraflı şǝkildǝ qiymǝtlǝndirdiklǝrini söylǝyib. Rǝcǝb Tayyib Әrdoğan 2019-cu ildǝ Azǝrbaycanla olan 4,5 milyard dollar ticarǝt hǝcmini 2020-ci ildǝ 15 milyard dollara çatdıracaqlarını ifadǝ edib.

 

‘‘Yeni Şafak’’: Türkiyǝ NATO-nun ‘‘Dynamic Manta 2020’’ tǝliminǝ öz damğasını vurdu

NATO Siciliya adasında ‘‘Dynamic Manta 2020’’ tǝliminǝ start verib. Mǝlumata görǝ, Türkiyǝ Hǝrbi Dǝniz Qüvvǝlǝri NATO-nun tǝlimlǝrinǝ ǝn çox dǝsstǝk verǝn hǝrbi dǝniz qüvvǝlǝridir. Mǝlumatda qeyd olunub ki, Türkiyǝ ‘‘Dynamic Manta 2020’’ tǝliminǝ öz damğasını vurub.

 

‘‘Sabah’’: Türkiyǝ İdlibǝ ǝlavǝ  zirǝhli texnika göndǝrmǝyǝ davam edir

Türkiyǝ Silahlı Qüvvǝlǝri Suriyanın  İdlib bölgǝsindǝki hǝrbi birliklǝrǝ  ǝlavǝ zirǝhli texnika göndǝrmǝyǝ davam edir. Türkiyǝnin müxtǝlif bölgǝlǝrindǝn göndǝrilǝn zirǝhli texnika Suriya ilǝ sǝrhǝdǝ yerlǝşdirilib. Mǝlumata görǝ, zirǝhli texnika İdlibdǝki müşahidǝ mǝntǝqǝlǝrinǝ yerlǝşdirilǝcǝk.

 

‘‘Hürriyet’’: Türkiyǝ bor ehtiyatı baxımından dünyanın ǝn zǝngin ölkǝsidir

Bor ehtiyatlarının 70 faizi Türkiyǝdǝdir. Bor mǝdǝnindǝ litiumun olduğunu söylǝyǝn enerji vǝ tǝbii sǝrvǝtlǝr naziri Fatih Dönmǝz deyib: ‘‘Elektriklǝ işlǝyǝn maşınların ǝn ǝsas ehtiyacı batareyadır. Litium bu baxımdan çox ǝhǝmiyyǝtlidir’’. Fatih Dönmǝz bu ilin sonunadǝk bordan litium istehsal edǝcǝk müǝssisǝni qurmağı planlaşdırdıqlarını deyib.

 

‘‘Haber Türk’’:  Türk Hava Yolları Çin vǝ İrana hǝyata keçirilǝn aviareyslərlǝ bağlı açıqlama verdi

Türk Hava Yolları fevralın 29-dǝk Çinǝ uçuşları dayandırdığını açıqlayıb.İrana hǝyata keçirilǝn  uçuşlar ilǝ bağlı da açıqlama verǝn Türk Hava Yolları Tehran istisna olmaqla martın 10-dǝk bu ölkǝnin müxtǝlif şǝhǝrlǝrinǝ planlaşdırılan uçuşların lǝğv edildiyini bildirib.



Әlaqәli Xәbәrlәr