Türkiyǝ mǝtbuatı: 25 fevral 2020

Türkiyǝ mǝtbuatında dǝrc olunan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1365732
Türkiyǝ mǝtbuatı: 25 fevral 2020

 

Türkiyǝ mǝtbuatında dǝrc olunan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

 

‘‘Star’’: Liviya xarici işlǝr naziri deyib: ‘‘Türkiyǝ mülki vǝtǝndaşları qorumaq üçün ölkǝmizdǝdir’’

Liviya Milli Hǝmrǝylik Hökumǝtinǝ tabe olan xarici işlǝr naziri Mǝhǝmmǝd ǝt-Tahir Seyyale Türkiyǝnin paytaxt Tripolidǝki mülki vǝtǝndaşları qorumaq üçün ölkǝsindǝ olduğunu vurğulayıb. O, qeyd edib ki, Türkiyǝ olmasaydı hazırki mövqeyimizdǝ  olmağımız mümkün olmazdı. Türkiyǝnin Liviyadakı mövcudluğu bölgǝdǝki tarazlığı tǝmin edir.

 

‘‘Yeni Şafak’’:Türkiyəyə 2020-ci ilin ilk ayında rekord səviyyədə turist gəlib

2019-cu ildǝ turizm sektorunda rekorda imza atan  Türkiyə indiyədək turist sayına görə yanvar ayı üzrə ən yüksək nəticəni göstərib.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2020-ci ilin yanvar ayında ölkəni 1 milyon 787 min 435 əcnəbi ziyarət edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə turistlərin sayında 16,11 faiz artım müşahidə edilib. Bununla da yanvar ayı üzrə indiyədək ən yüksək turist sayına nail olunub.

Nazirliyin sərhəd statistikasına əsasən, Türkiyəyə ən çox turist göndərən ölkələr sırasında ötən illə müqayisədə 21,22 faiz artımla Bolqarıstan liderdir. 18,06 faiz artımla Gürcüstan 2-ci, 42,4 faiz artımla Rusiya 3-cü yerdə qərarlaşıb.

Rusiyadan sonra digər yerləri müvafiq olaraq Almaniya və İran tutur. Ziyarətçilərin ölkəyə ən çox daxil olduğu sərhəd keçid məntəqələri üzrə sıralama isə belədir: 1 milyon 17 min 34 turistlə İstanbul 1-ci, 222 min 494 nəfərlə Ədrinə 2-ci, 152 min 976 ziyarətçi ilə Antalya 3-cü, 143 min 679 turistlə Artvin 4-cü, 34 min 365 nəfərlə paytaxt Ankara 5-ci yerdədir.

‘‘Hürriyet’’: Türkiyǝdǝ  turizm sektoru inkişaf edǝcǝk  

Ümumdünya Türizm Tǝşkilatının sǝdrinin müavini Qunter İhlau qarşıdakı illǝrdǝ Türkiyǝdǝ turizm sektorunun daha da inkişaf edǝcǝyini deyib. İhlau Türkiyǝnin son 20 ildǝ turizm sektorunda çox inkişaf etdiyini bildirib.

‘‘Haber Türk’’: Hǝyǝcanlandıran ixtira, çarǝsi Türkiyǝdǝ ola bilǝr

Türkiyǝli alim, professor İbrahim Benter ixtira etdiyi  ‘‘ACE2/Angiotensin-(1-7) adlı sistemin Çindǝ yayılmağa başlayan vǝ qısa müddǝtdǝ bütün dünyaya sıçrayan yeni növ koronavirus (Kovid-19) epidemiyasının qarşısını ala bilǝcǝyini söylǝyib. Benter inkişaf etdirdiyi üsulun  hazırda virusa yoluxan xǝstǝlǝrǝ kömǝk edǝ bilǝcǝk ǝn tǝsirli metod olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr