Türkiyə Mətbuatı 20 Yanvar 2020

Türkiyə mətbuatında gündəmə dair əks edən mövzuların xülasəsini təqdim edirik.

1362940
Türkiyə Mətbuatı 20 Yanvar 2020

“Hürriyet”: Prezident Ərdoğan İdlib əməliyyatına hər an start verilə biləcəyini bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup iclasında etdiyi çıxışında bu barədə məlumat verib. Ərdoğan rejim qüvvəlirinin bölgədən çıxmaları üçün verilən möhlətin hər keçən gün azaldığına diqqət çəkib. Son xəbərdarlıqların edildiyini ifadə edən prezident Türkiyənin planının hazır olduğunu daha əməliyatın hər an başlaya biləcəyini, İdlibə nəzarətin bir başa rejimin və ona dəstək verənlərin əlinə keçməsinə icazə verilməyəcəyini vurğulayıb.

“Star”: “Milli Müdafiə Nazir Akar İdlib məsələsinə münasibət bildirib”

Milli Müdafiə Naziri Hulusi Akar Türkiyənin İdlibdəki nəzarət nöqtələrindən çıxmayacağını, bu yerlərə hücumun qisasının ağır olacağını xatırladıb. Türkiyənin bu ərazilərdə atəşkəsin bərpası, axan qanın dayanması üçün, tərəflərin Soçi razılaşması çərçivəsində öhdəliklərinə əməl etmələrini gözlədiyini qeyd edib.

“Xəbər Türk”: “Türkiyə Böyük Millət Məclisinin Rəhbəri Şəntopdan Makrona Reaksiya”

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop, Fransa prezidenti Emmanuel Makronun, “İslami separatizmə qarşı mübarizə edəcəyik” sözünə sərt reaksiya verdi. Şentop sosial media hesabındakı açıqlamasında: “Liviyada sülhü pozan və İslam coğrafiyalarında xaos yaradan, çevrilişçi Hafterə silah tədarük edən Fransa dövlət başçılı Makronun İslami ayrıseçkiliyə qarşı mübarizə edəcəyinə dair sözləri islam düşmənçciliyindən özgə heç nə deyil. Fransa əvvəlcə irqçi və qırğınlarla dolu keçmişi ilə üzləşməlidir”-deyə vurğulayıb. Şəntop həmin açıqlaması ilə yanaşı Fransa prezidenti Makronun çevrilişçi general Hafter ilə qucaqlaşdığı fotoşikli də bölüşüb.

“Sabah”: “Mövlana Muzeyi 2019-cu ildə ziyarətçi rekordu qırdı”

İslam mütəfəkkiri Mövlana Cəlaləddin-i Ruminin Konyada məqbərəsinin də yerləşdiyi Mövlana Muzeyini keçən il 3 milyon 464 min adam ziyarət etdi.   Bu  da  son 10 ilin rekordu  hesab edilir.

“Vətən”: “Babamın adamları” Budapeştdə nümayiş  olundu”.

“ Babamın Adamları” filmi Macarıstanın paytaxtı Budapeştdə nümayiş olundu. Budapeşt Yunis Əmrə İnstitutu və Türk-Macar Tələbə Dərnəyinin təşkil etdiyi tədbirdə nümayiş olunan film izləyicilərin təqdir və marağını topladı.



Әlaqәli Xәbәrlәr