Türkiyə mətbuatı, 18 fevral 2020

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1361446
Türkiyə mətbuatı, 18 fevral 2020

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

“Hürriyet”: Çavuşoğlu: “Türkiyə və Rusiya əməkdaşlığı davam etdirir”

Xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Rusiyada dərc olunan “İzvestiya” qəzetinə verdiyi açıqlamada Türkiyə və Rusiyanın İdlib mövzusunda yekun razılaşma üçün əməkdaşlığı davam etdirdiklərini bildirərək, “Suriya məsələsinin Türkiyə və Rusiya arasındakı əməkdaşlığa təsir etməsinə icazə vermərik” ifadəsini işlətdi.

“Sabah”: Türkiyənin 3 böyük su anbarında enerji istehsalı 106 faiz artdı

2019-cu ildə Atatürk, Karakaya və Kəban hidroelektrik stansiyalarında istehsal olunan enerji miqdarı bir əvvəlki il ilə müqayisədə 106 faiz artdı. 2018-ci ildə 11 milyard 49 milyon kilovat-saat olan enerji istehsalı keçən il 106 faiz artaraq 22 milyard 790 milyon kilovat-saata çatdı.

“Star”: İtaliya Türkiyənin avtomobilini təriflədi

İtaliyan kurator prof. Luka Molinari Türkiyənin avtomobilinin müasir və yaxşı dizayna sahib olduğunu bildirərək, “Avtomobil ekologiya keyfiyyətini artıracaq” dedi. Molinari yerli, milli və milli kimliyə sahib olan hər şeyin axıcı olduğu qlobal bir dünyada yaşandığına işarə edərək, “Yaxşı bir dizayn və memarlıq millətin və ictimaiyyətin şəxsiyyətini təşkil edir” dedi.

“Yeni Şafak”: Türkiyədə əhalinin 52,4-ü xoşbəxt, 70 faizi isə ümidlidir

Türkiyə Statistika İdarəsi fevralın 17-də 2019-cu il Həyat Məmnuniyyəti üzrə araştırmasının nəticələrini bəyan etdi. Buna görə Türkiyədə xoşbəxt olduğunu bəyan edən 18 və yuxarı yaşdakı fərdlərin nisbəti 2019-cu ildə 52,4 faiz olduqda, həmin dövrdə gələcəklərindən ümidli olanların nisbəti isə 70 faiz təşkil etdi.

“Vatan”: İnsan anatomiyasının üçölçülü xəritəsini çəkdi

Almaniyada yaşayan və biotexnologiya sahəsində işləyən Türk elm xadimi Dr. Əli Ertürk və heyəti insan gözü və böyrəyinin üçölçülü xəritəsini çəkməyə nail oldu. Elm dünyasında Ərtürkün fəaliyyətləri xərçəngdə, əza hazırlanmasında, hətta beyinin xəritəsinin çəkilməsində cığır açacaq addım kimi qiymətləndirilir.



Әlaqәli Xәbәrlәr