Türkiyǝ mǝtbuatı: 14 fevral 2020

Türkiyǝ mǝtbuatında dǝrc olunan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1359305
Türkiyǝ mǝtbuatı: 14 fevral 2020

 

 Türkiyǝ mǝtbuatında dǝrc olunan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

‘‘Star’’:Ən çox sevilən liderlərin siyahısı açıqlandı

 

İsveçrədə yerləşən beynəlxalq araşdırma şirkəti “Gallup International Association”nın (GIA) üzvü Brima Araşdırma Agentliyinin apardığı sorğunun nəticələrinə görə, prezident Ərdoğan "dünyanın ən sevilǝn  liderləri" siyahısında birinci yeri tutdu.

Anketə qatılanların 60 faizi prezident Rǝcǝb Tayyib Әrdoğan  haqqında müsbət fikir bəyan edib.

Prezident Ərdoğanı 54 faiz ilə Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin, katolik dünyasının mənəvi lideri Papa Franciskus və ABŞ prezidenti Donald Tramp izləyib.

Avropa İttifaqının (Aİ) Şimali Makedoniya ilə danışıqlarına veto qoyan Fransa prezidenti Emmanuel Makron siyahıda son pillǝdǝ  qərarlaşıb. Makron ilə bağlı sorğuda iştirak edənlərin ancaq 21 faizi onun haqqında müsbət fikir bəyan ediblǝr.

 

‘‘Yeni Şafak’’: Hulusi Akar: ‘‘Әlavǝ birliklǝr göndǝririk’’

Türkiyǝnin milli müdafiǝ naziri Hulusi Akar NATO-nun müdafiǝ nazirlǝri sǝviyyǝsindǝki yığıncağına qatılmaq üçün Belçikanın paytaxtı Brüsselǝ sǝfǝr edib. Suriyanın İdlib şǝhǝrindǝ törǝdilǝn hücum ilǝ bağlı bǝyanat verǝn Hulusi Akar deyib: ‘‘Atǝşkǝsin tǝmin olunması vǝ daimi olması üçün ǝlavǝ birliklǝr göndǝririk. Bölgǝyǝ nǝzarǝt edǝcǝyik. İdlibdǝ atǝşkǝs rejiminǝ riayǝt etmǝyǝnlǝrǝ qarşı hǝr növ tǝdbir görülǝcǝk’’.

 

‘‘Sabah’’: Türkiyǝ sǝnaye istehsalında rekorda imza atdı.

Sənaye istehsalı  8.6 faiz artaraq  2019-cu ilin dekabr ayında son 21 ayın rekorduna imza atıb.  Bunu Türkiyǝnin sənaye və texnologiya naziri Mustafa Varank deyib.

Nazir  Mustafa Varank sosial media vasitǝsilǝ  sənaye istehsalında ǝldǝ olan irǝlilǝyişǝ münasibət bildirib.

“Dekabr 2019-da sənaye istehsalı 8.6 faiz artaraq rekord səviyyəyə çatıb. Bu irǝlilǝyişin  daimi olması və iqtisadiyyatın inkişaf etmǝsi üçün qərarlı addımlar atırıq. Böyümənin sürətləndiyi, real sektorun gücləndiyi, məşğulluğun artdığı günləri görmək üçün lazımlı tədbirləri görürük”.

 

‘‘Vatan’’: İstanbul Hava Limanında ödǝnişsiz uşaq arabası xidmǝtinǝ başlanılıb

 

İstanbul Hava Limanında ödənişsiz uşaq arabası xidmətinə başlanılıb.

Sərnişinlərin dostu olan Dövlət Hava Limanları Təşkilatı yenilikçi tətbiqlərini davam etdirdiyini bildirib.

Mǝlumatda qeyd olunub ki, İstanbul Hava Limanından istifadə edən uşaqlı sərnişinlər 0-6 yaş arası arabaları pasport yoxlanışı məntəqəsindən təyyarənin giriş qapısınadək, gələn sərnişinlər isə baqajı götürmə zonasınadək ödənişsiz istifadə edə bilərlər.

 

‘‘Hürriyet’’: Qeyri-qanuni yollarla Türkiyǝdǝn çıxarılan iki tarixi ǝsǝr Türkiyǝyǝ geri gǝtirilir.

Türkiyǝ Mǝdǝniyyǝt vǝ Turizm Nazirliyi qeyri-qanuni yollarla ölkǝ ǝrazisindǝn çıxarılan iki tarixi ǝsǝrin fevralın 15-dǝ İngiltǝrǝdǝn Türkiyǝyǝ gǝtirilǝcǝyini açıqlayıb.

 



Әlaqәli Xәbәrlәr