Türkiyə mətbuatı, 31 yanvar 2020

“Star”, “Yeni Şafak”, “Vatan”, “Sabah” və “Hürriyet” bu gün nələrdən yazır?

1350664
Türkiyə mətbuatı, 31 yanvar 2020

 

Star”: Nazir Çavuşoğlundan Türkiyə bayrağını cıran irqçi deputata sərt reaksiya

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentində Türkiyə bayrağını cıran irqçi yunan millət vəkili İoannis Laqosa sərt reaksiya verərək deyib: ''Şanlı bayrağımıza uzanan əlləri necə qırdığımızı, dənizə necə tökdüyümüzü, ən yaxşı, bu irqçi bilir. Avropanın ərköyün irqçi uşaqları həddlərini bilsin”.

Yeni Şafak”: Çelik “Öz xaraktersizliyini göstərmiş” dedi

  Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik yanvarın 30-da etdiyi şərhdə Avropa Parlamentində Türkiyə bayrağını cıran irqçi yunan deputata reaksiya bildirərək: "AP demokratiyanı inkişaf etdirmək yerinə irqçilərə təslim olsa, bu, Avropa dəyərlərini yox etmək istəyənlərin işinə gələr. Yunan irqçi vəkil bu hərəkətilə öz xaraktersizliyini göstərdi”, - dedi.

Vatan”: Xarici İşlər Nazirliyindən Makrona sərt reaksiya

  Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Fransa prezidenti Emmanuel Makronun Türkiyəyə qarşı həqiqətdən uzaq sözlərlə gündəm yaratmağa çalışdığını bildirərək dedi: "Fransa prezidenti Emmanuel Makron yanvarın 30-da Yunanıstanın baş nazirilə ortaq mətbuat konfransında ölkəmizə iddialarıyla yenə gündəm yaratmağa çalışdı… Halbuki Liviyada böhranın başlandığı 2011-ci ildən bu yana yaşanan problemlərdə əsas məsuliyyəti Fransa daşıyır”.

Sabah”: General Gülər rusiyalı həmkarı ilə danışdı

  Türkiyənin Baş Qərargah rəisi, general Yaşar Gülər yanvarın 30-da Rusiyanın Baş Qərargah rəisi, general Valeri Gerasimovla telefonda danışıb. Söhbət zamanı İdlibdəki proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

Hürriyet”: Ara Gülerin əsərlərindən seçmələr Romada

  Türkiyə Prezident Aparatının təşkilatçılığı, Ara Güler Muzeyi ilə Arxiv və Araşdırma Mərkəzinin birgə əməkdaşlığı ilə 2018-ci ildə vəfat etmiş fotoqraf və foto-müxbir Ara Gülerin əsərlərini dünyada tanıtmaq üçün Ara Gülerin Fotoşəkil Sərgisi İtalyanın paytaxtı Romada sənətsevərlərə təqdim olunub. Sərgi 3 maya qədər tarixi Trastevere Muzeyində gələnlərin üzünə açıq olacaq.



Әlaqәli Xәbәrlәr