Türkiyә mәtbuatı, 30 yanvar 2020

Ttürkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1349922
Türkiyә mәtbuatı, 30 yanvar 2020

 

 

‘‘Hürriyet’’: Әrdoğan: ‘‘Qüdsün İsrailә verilmәsi ilә bağlı plan qәbuledilmәzdir’’

Türkiyә prezidenti  Rəcəb Tayyib Ərdoğan  Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın Yaxın Şərq üzrә sülh planına münasibәt bildirib.

Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Qüds müsәlmanlar üçün müqәddәsdir. Qüdsün İsrailә verilmәsi ilә bağlı plan qәbuledilmәzdir. Bu fәlәstinlilәrin hüquqlarını heçә saymaqdır vә İsrailin qeyri-qanuni işğalını qanunilәşdirmә planıdır. Açıqlanan plan sülhә vә hәll prosesinә xidmәt etmәyәcәk’’.

 

‘‘Sabah’’: Nazir Mövlud Çavuşoğlu Belçika ilә bağlı açıqlama verib

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Belçika Ali Mәhkәmәsinin PKK ilә bağlı aparılan istintaqla әlaqәdar qәbul etdiyi qәrara reaksiya göstәrib.

Çavuşoğlu Belçikada davam edәn vә ‘‘Arianda işi’’ olaraq da bilinәn vә  separatçı terror tәşkilatı PKK ilә bağlı istintaqla bağlı qәbul edilәn qәrara münasibәt bildirib. Bu barәdә Mövlud Çavuşoğlu şәxsi ‘‘Twitter’’ sәhifәsindә açıqlama verib. Mövlud Çavuşoğlu deyib: ‘‘Belçika mәhkәmәsinin terror tәşkilatı PKK ilә bağlı qәrarının qanunla heç bir  әlaqәsi yoxdur. Bu siyasi bir qәrardır’’.



‘‘Vatan’’: Fәlәstin torpağı satılıq deyil

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın Amerika Birlәşmiş Ştatları prezidenti Donald Trampın dırnaqarası sülh planı  ilә bağlı bildirib ki, Fәlәstin xalqının hüquqlarına vә beynәlxalq hüquq normalarına zidd olan bu qәrarı rәdd edirik.

İbrahim Kalın verdiyi yazılı açıqlamada ABŞ rәhbәrliyinin Fәlәstin-İsrail mәsәlәsi ilә bağlı açıqladığı dırnaqarası sülh planının Fәlәstin xalqının mövcudluğunu vә tarixini heçә sayan yeni bir işğal planı olduğunu deyib.

İbrahim Kalın deyib: ‘‘Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın vurğuladığı kimi  Qüds qırmızı xәttimizdir vә Fәlәstin torpağı satılıq deyil. Fәlәstindә әdalәt tәmin edilmәdәn daimi sülh tәmin edilә bilmәz. Әdalәtli olmayan bir planın hәyata keçirilmәsi mümkün deyil. Bölgәdә sülh vә tәhlükәsizliyin tәmin olunması üçün İsrailin işğalçılıq  siyasәti sona çatmalıdır. Beynәlxalq ictimaiyyәt iki dövlәtli hәlli aradan qaldırmağı hәdәflәyәn  bu hüquqsuzluğu rәdd etmәlidir. Türkiyә Fәlәstin xalqının yanında olmağa davam edәcәk’’.

 

‘‘Star’’: Türkiyәnin Xarici İşlәr Nazirliyi: ‘‘Çinin Hubey әyalәtindәki Türkiyә vәtәndaşlarının tәxliyyә edilmәsi üçün tәdbirlәr görülür’’

Türkiyәnin Xarici İşlәr Nazirliyi Çinin Hubey әyalәtindә yayılan yeni növ koronavirus (2019-nCOV) sәbәbindәn bu әyalәtdә yaşayan Türkiyә vәtәndaşlarının tәxliyyә edilmәsi üçün hәrәkәtә keçildiyini vә Sәhiyyә Nazirliyinin lazımi tәdbirlәri gördüyünü açıqlayıb.

 

‘‘Haber Türk’’: İqtisadi etimad indeksi 97,1 bәnd olub

Türkiyә Statistika İdarәsi yanvar ayına dair  iqtisadi indeksla bağlı göstәricilәri açıqlayıb. Mәlumata görә, iqtisadi etimad indeksi 2019-cu ildә 96,5 bәnd olub.

Qeyd edәk ki, 2020-ci ilin ilk ayında iqtisadi etimad indeksi 0,6 faiz artaraq 97,1 bәnd olub.



Әlaqәli Xәbәrlәr