Türkiyə mətbuatı, 21 yanvar 2020

“Sabah”, “Yeni Şafak”, “Haber Türk”, “Hürriyet” və “Star” bu gün nələrdən yazır?

1344390
Türkiyə mətbuatı, 21 yanvar 2020

“Sabah”: Ərdoğanın Berlindən qayıdarkən verdiyi açıqlama

  Türkiyə prezidenti R.T.Ərdoğan Almaniyada keçirilən Berlin konfransına qatıldıqdan sonra vətənə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib: “Türkiyənin Liviyada mövcudiyyəti sülh ümidlərini artırdı. Türkiyə güclü dövlətdir və bu səbəbdən ölkəmizdən gözləntilər də çoxdur. Sülhün açarı olan Türkiyə Liviya ilə bağlı atdığımız addımlarla prosesi tarazladı. Türkiyənin siyasi prosesə dəstəyi davam edəcək”.

“Yeni Şafak”: İbrahim Kalının sözlərinə görə, Berlin Zirvəsi Liviyadakı münaqişələrin dayandırılması və siyasi həll üçün əhəmiyyətli fürsət hesab edilir

  Türkiyə Prezident Aparatı mətbuat katibi İbrahim Kalın 20 yanvarda Berlin sammiti ilə bağlı açıqlama verib. O, 19 Yanvarda Berlində baş tutan sammitin Liviyada qarşıdurmaların dayanması və siyasi həll üçün əhəmiyyətinə diqqət çəkib, prezident Ərdoğanın təsirli və hərtərəfli diplomatiyası sayəsində Türkiyənin prosesin baş aktyorları arasına daxil olduğunu vurğulayıb.

“Haber Türk”: Maliyyə naziri Albayrak iqtisadiyyata dair əhəmiyyətli açıqlama verib

  Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak “2019-cu ilin qiymətləndirilməsi” iclasında etdiyi çıxışında 2020-ci ildə infilasiya nisbətinin 10 faizdən az olacağını deyib.

“Hürriyet”: Əcnəbilər keçən il daha çox İstanbul və Antalyadan ev aldılar

  2019-cu ildə xaricilərə ən çox İstanbul, Antalya və Ankaradan ev satıldı. Ötən il İstanbulda əcnəbilərə ev satışında 2018-ci il ilə müqayisədə 46,2 faiz artım qeydə alınıb. Bildirilib ki, İstanbuldan ev alanların sayı 20 min 857 olub. Bu şəhəri 8 min 951 ilə Antaliya və 2 min 539 ilə də Ankara təqib edir.

“Star”: “Teknofest 2020” günəşi Şərqdən çıxacaq

  Bu il “Teknofest” milli mübarizənin veteran şəhəri olan Qaziantepdə keçiriləcək. Dünyanın nəhəng aviasiya, kosmik və texnologiya festivalı olan “Teknofest” 2020-ci ilin 22-27 sentyabr tarixlərində Qaziantep Havalimanında qonaqların üzünə açıq olacaq.

 



Әlaqәli Xәbәrlәr