Türkiyə mətbuatı, 20 yanvar 2020

“Sabah”, “Haber Türk”, “Vatan”, “Yeni Şafak” və “Star” bu gün nələrdən yazır?

1343721
Türkiyə mətbuatı, 20 yanvar 2020

 

“Sabah”: Liviya Konfransının Bəyannaməsi açıqlandı

  Almaniyanın paytaxtı Berlində Liviyada gedən proseslərlə bağlı beynəlxalq konfransda tərəflərin birgə Liviya Konfransı Bəyanatı qəbul edildi. Bəyanatda ölkədəki bütün hərbi hərəkətlərin dayandırılması, münaqişə tərəflərinə birbaşa köməklik edilməsi və BMT-nin silah sanksiyasına dair qərarına əməl edilməsi istiqamətində çağırış səsləndi.

“Haber Türk”: Prezident Ərdoğan Yunanıstanın baş naziri Mikotakisin oynadığı oyunun səhv olduğunu vurğuladı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyadakı müxalifət başçısı Hafteri Yunanıstana dəvət edərək onunla görüşən baş nazir Kiryakos Mikotakisə sərt reaksiya verib. Yunanıstanın baş naziri ilə NATO sammitində saat yarımlıq görüşünü xatırladan Ərdoğan onun Türkiyə ilə əlaqələrə töhvə verəcək addımlar atmaqdan imtina edərək oyunu səhv oynadığını bildirib.

“Vatan”: “Yavuz” qazma gəmisinə yeni missiya

  Türkiyənin “Yavuz” qazma gəmisi Şərqi Aralıq dənizində üçüncü qazma fəaliyyətini reallaşdırmaq üçün adanın cənubuna yollanıb.

  Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy mövzu ilə bağlı açıqlama verərək deyib: “Türkiyə Şimali Kipr Türk Respublikası xalqının hüquqlarını qorumağa davam edəcək. Araşdırmaların aparıldığı sahədə türklər də adadakı yunanlar qədər haqq sahibidirlər”.

“Yeni Şafak”: 2019-cı ildə ixracata dəstəkdə rekord qırıldı

  Türkiyənin ticarət naziri Ruhsar Pekcanın sözlərinə görə, 2019-cu ildə dövlətin ixracata maliyyə dəstəyində rekord qeydə alınıb, məbləğ 3,2 milyard liraya çatıb

“Star”: Avropa İttifaqı Türkiyəyə yardım fondlarından pulun əksiksiz ödəniləcəyini bildirib

  Avropa İttifaqından yayılan açıqlamada Türkiyəyə tamhüquqlu üzvlüklə bağlı nəzərdə tutulan maliyyə yardım fondlarından kəsilən məbləğn daha da artacağına dair iddiaların real olmadığına diqqət çəkilib.

  Qeyd edək ki, Almaniya mediasında mövzu ilə bağlı çıxan xəbərlərdə Türkiyəyə yardım fondlarından veriləcək məbləğin 75 faizinin tutulacağı yazılırdı.



Әlaqәli Xәbәrlәr