Türkiyə mətbuatı, 15 yanvar 2020

“Sabah”, “Yeni Şafak”, “Haber Türk”, “Hürriyet” və “Vatan” bu gün nələrdən yazır?

1340993
Türkiyə mətbuatı, 15 yanvar 2020

 

“Sabah”: Ərdoğan “Hafterin hücumları sürsə, layiq olduğu dərsi verəcəyik" dedi

  Liviyada qiyamçı Hafterin müqaviləyə imza atmadan Moskvanı tərk etməsi Türkiyənin reaksiyasına səbəb oldu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq hökumətin diqqətini Serrac rəhbərliyinin sözündə durduğuna, ancaq Hafterin razılaşmadan qaçdığına çəkərək: "Ölkənin qanuni rəhbərliyinə və Liviyadakı qardaşlarımıza hücumlarını davam etdirərsə, qiyamçı Hafterə layiq olduğu dərsi vermək fikrindən əsla geri durmayacağıq”, - deyərək Türkiyənin mövqeyini açıqladı.

“Yeni Şafak”: Ərdoğandan dünyaya İdlib çağırışı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsəd hökumətinin Suriyanın İdlib bölgəsindəki vətəndaş qırğınına dünyanın hələ seyrçi qaldığını söylədi. Əsəd qüvvələrinin barel bombalarını müdafiəsiz insanlara yağdırdığını bildirən Ərdoğan rejimə reaksiya verərək: "4 yaşlı uşaqdan terrorçumu olur?" - dedi.

“Haber Türk”: Anadolujet” 28 xarici xəttə uçacaq

  Türkiyə Hava Yollarının (THY) aşağı xərcli hava yolu markası olan “Anadolujet” 29 martdan etibarən İstanbul Sabiha Gökçen Havalımanından 28 uçuşla dünyaya açılacaq.

  Ticarət uçuşları ilə dünya şəhərlərini bir-birinə bağlayacaq “Anadolujet”in Sabiha Gökçen Havalımanından Ercan Şimal Qıbrız (Kipr Türk Respublikası - KKTC), Küveyt, Dubay, Bağdad, Bəhreyn, Bakı, Cidde, Erbil, Riyad, Tehran, Tel-Əviv, Tiflis, Dammam, Abu Dabi, Mədinə, Amsterdam, Barselona, Berlin, Brüssel, Düsseldorf, Frankfurt, London, Milan, Münhen, Stütqart, Paris, Roma və Viyana səfərləri başlayacaq.

“Hürriyet”: Nazir Albayrak “İqtisadiyyatda sürətləndirmə davam edir" dedi

  Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak iqtisadi proseslərlə əlaqədar sosial media hesabı “twitter”dən məlumat paylaşıb. Sənaye istehsalı ilə bağlı arzulanan sürətə addım-addım gedildiyini söyləyən nazir 2020-ci ildə rəqəmlərin daha da böyüyəcəyini bu sözlərlə ifadə edib: "Prioritetimiz əlavə dəyərli, məşğulluq və ixracata söykənən istehsaldır."

“Vatan”: İstanbul Birjasından 2020-ci ilin rekordu

  İstanbul Birjası yüksəlişini davam etdirir. İqtisadiyyatdakı yığışma meyliylə birlikdə bazarın güvən indeksinin əlaməti olaraq birja yüksəliş tarixi zirvəsinə yaxınlaşıb: müsbət irəliləyən İstanbul Birjası yanvarın 15-ində ən yüksək səviyyəsi olan 121 min 40 bala qədər qalxıb. Bu tarixi yüksək səviyyə bundan əvvəl 2018-ci il 29 yanvarda görünmüş və 121 min 531 bal olmuşdu.



Әlaqәli Xәbәrlәr