Türkiyə mətbuatı,10 yanvar 2020

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1338171
Türkiyə mətbuatı,10 yanvar 2020

“Haber Türk”: Ərdoğan: “Liviyaya əsgər göndərmək mövzusunda geri addım atılmayacaq”

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Livayaya əsgər göndərmək mövzusunda millət olaraq tək millət, tək bayraq, tək vətən, tək dövlət şüarı ilə böyük mübarizə aparmaqda davam etdiyini bildirdi. “Bu müqəddəs mübarizəni də zəfərlə zirvəyə qaldıracağıq” deyən Ərdoğan “Arxada buraxdığımız hər maneə bizi daha da gücləndirdi. Zəfər əldə edənədək dayanmaq, geri addım atmayaq yoxdur. Harada olmak lazımdırsa orada olacağıq, kiminlə qarşı-qarşıya gəlmək lazımdırsa əslə imtina etməyəcəyik” deyə söylədi.

“Vatan”: Türkiyə İraqın xarici qüvvələrin hərb meydanı olmasını istəmir

Xarici işlər naziri Mövlud Çavuşoğlu İraqın paytaxtı Bağdadda bu ölkənin xarici işlər naziri Məhəmməd Əli əl-Həkim ilə birgə mətbuat konfransında deyib:

“Bu səfərimlə vermək istədiyimiz mesaj budur: İraq yalnız deyildir, bu çətin günlərin öhdəsindən birgə gəlmək üçün cəhd göstərəcəyik. Biz İraqın xarici qüvvələrin müharibə meydanına çevrilməsini istəmirik.”

“Hürriyet”: Türkiyə iqtisadiyatı 2019-cu ildə gözləntilərin üzərində bir məhsuldarlıq ortaya qoydu

Xəzinə və maliyyə naziri Berat Albayrak Türkiyənin 2019-cu ili iqtisadiyyat baxımından nəzərdə tutulan bir inkişafla başa vurduğunu söylədi. Nazir Albayrak ortaya qoyulan siyasətlər sayəsində beynəlxalq təşkilatların gözləntilərinin əksəriyyətinin əksinə müsbət bir ilin geridə buraxıldığını bildirdi. Albayrak “2020-ci ilə daha güclü addımlarla daxil oluruq” dedi.

“Yeni Şafak”: İzmirdə 250 milyon ton kömür ehtiyatı aşkarlandı

İzmir vilayətinin Kınık qəsəbəsində kömür həyəcanı yaşanır. Fəaliyyətlər nəticəsində təqribən 250 milyon ton kömür olduğu aşkar edildikdə, kömürün illik təqribən 5 milyon ton istehsal edilərək 40 ildə çıxarılması planlaşdırılır. Bir neçə ay ərzində  mədəndən kömür çıxarılmağa başlanacaq.

“Star”: Türkiyə Avstraliyada 10 minə yaxın dəvənin vurularaq öldürüləcəyi xəbərindən narahatdır

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik Avstraliyada müxtəlif səbəblərə görə sayı artdığı və su probleminə səbəb olduğu üçün 10 minə yaxın dəvənin vurularaq öldürüləcəyi xəbərini narahatlıqla qarşıladıqlarını bildirdi. Avstraliya hökumətinə fərqli həll yolu tapmalarının vacibliyinə dair çağırış edən Çelik “Yanğına görə insanlar həlak oldu, hevyan və bitkilər, canlılar yox oldu. Bu acıya dəvələri öldürmək kimi mərhəmətsiz bir hərəkəti əlavə etmək çox səhv addım olar” dedi.



Әlaqәli Xәbәrlәr