Türkiyə mətbuatı, 8 yanvar 2020

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1336639
Türkiyə mətbuatı, 8 yanvar 2020

“Haber Türk”:İbrahim Kalın açıqlama verdi

Prezident Aparatının mətbuat katibi İbrahim Kalın Türkiyənin Liviyadakı ilkin yerdəki məqsədinin atəşkəs olduğunu söyləyib. İbrahim Kalın dekabrın 7-də keçirilən kabinet yığıncağı davam edərkən verdiyi açıqlamada “Liviyada bizim ilkin plandakı məqsədimiz toqquşmaların yaxın zamanda dayanması, atəşkəs elan edilməsi və Hafterin aprel ayındakı mövqeyinə geri qayıtmasıdır” ifadəsini işlədib.

“Vatan”: Türkiyə sərhədinə 31 min nəfər köç etdi

Suriyada Əsəd rejimi Rusiya və İranın dəstəklədiyi qrupların İdlibdəki hücumları səbəbindən daha 31 min mülki vətəndaş Türkiyə sərhədi yaxınlığına köç etdi. Beləliklə noyabr ayının əvvəlindən bəridir rejim və Rusiyanın hücumlarından Suriya-Türkiyə sərhəd xətti yaxınlığındakı bölgələrə qaçanların sayı 359 min 471 minə çatdı.

“Star”: “Amerikalı bir terrorçu ölkədən çıxarıldı”

ABŞ vətəndaşı bir terrorçu yanvarın 7-də ölkədən çıxarıldı. Daxili İşlər Nazirliyi tərəfindən verilən açıqlamada xarici terrorçuların ölkələrinə geri göndərilməsi prosesinin davam etdiyi bildirilib. Açıqlamada bu çərçivədə ABŞ-lı bir terrorçunun ölkəsinə deportasiya edildiyi qeyd olunub.

“Hürriyet”: Nazir Turhan: "Hava yolundan istifadə edən sərnişin sayı 209 milyonu ötüb”

Nəqliyyat və İnfrastruktur naziri Cahit Turhan Türkiyə miqyasında hava limanlarında keçin il birbaşa uçuşlarla 209 milyon 92 min 548 sərnişinə xidmət göstərildiyini söylədi. Turhan həmin dövrdə hava limanları yük hərəkətinin də daxili xətlərdə 819 min 540 ton, xarici xətlərdə 2 milyon 616 min 883 ton olmaqla cəmi 3 milyon 436 min 423 tona çatdığını bildirib.

“Sabah”: Türkiyə keçən il ən çox İtaliyaya fındıq satdı

Dünya fındıq istehsalı və bazarının böyük hissəsinə sahib olan Türkiyə 2019-cu ildə ən çox fındığı İtaliyaya satdı. Türkiyə keçən il 121 ölkəyə 319 min 772 ton fındıq ixrac edərək 2 milyard 28 milyon 727 min dollar gəlir əldə etdi. İtaliyaya isə 547 milyon 588 min dollar məbləğində 83 min 898 ton fındıq satdı.



Әlaqәli Xәbәrlәr