Türkiyә mәtbuatı: 25 dekabr 2019

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1329127
Türkiyә mәtbuatı: 25 dekabr 2019

 

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürriyet’’: Rәcәb Tayyib Әrdoğan vә Boris Conson arasında telefon danışığı olub

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә İngiltәrә baş naziri Boris Conson arasında telefon danışığı olub. Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, görüşdә Liviya vә Suriya mәsәlәlәri başda olmaqla regional mövzular  vә ikitәrәfli әlaqәlәr müzakirә olunub.

 

‘‘Haber Türk’’: Hulusi Akar ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı ilә bağlı açıqlama verib

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar dünәn  ‘‘Sülh çeşmәsi’’ әmәliyyatının keçirildiyi bölgәnin qәrbindә vә şәrqindәki bölgәlәrdә terrorçuların olduğunu vә bunların bölgәdәki Türkiyә hәrbçilәri tәrәfindәn tәqib edildiyini bildirib. Hulusi Akar Türkiyәnin mübarizәsini hәm bölgәdә, hәm dә masada qәtiyyәtlә davam etdirdiyini söylәyib.

 

‘‘Sabah’’: Hücumlar dayandırılmasa İdliblә bağlı әldә olunan razılaşma pozula bilәr

Dekabrın 24-dә 2019-cu ilin son Nazirlәr Kabinetinin yığıncağı  keçirilib. Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın yığıncaqdan sonra verdiyi açıqlamada Suriyada rejim qüvvәlәrinin  hücumlarının dayandırılmayacağı vә atәşkәsin tәmin olunmayacağı tәqdirdә İdliblә bağlı әldә olunan razılaşmanın pozula bilәcәyi ilә bağlı xәbәrdarlıq edib.

 

‘‘Star’’: Türkiyә 2019-cu ildә 110 milyon dollar mәblәğindә çiçәk ixrac edib

Türkiyә bu il 83 ölkәyә 110 milyon dollar mәblәğindә çiçәk ixrac edib. Türkiyә gәlәn il 125 milyon dollar mәblәğindә çiçәk ixrac etmәyi hәdәflәyir. Bu il әn çox çiçәk Hollandiyaya ixrac edilib. Ən çox ixrac olunan çiçək növü isə qərənfildir.



Әlaqәli Xәbәrlәr