Türkiyә mәtbuatı: 23 noyabr

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1310583
Türkiyә mәtbuatı: 23 noyabr

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Yeni Şafak’’:Akar:145 kilometr uzunluğunda vә 30 kilometr enindә tәhlükәsiz bölgә yaradıldı.

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Suriyada keçirilәn ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı ilә bağlı açıqlama verib. Hulusi Akar deyib ki, 145 kilometr uzunluğunda vә 30 kilometr enindә tәhlükәsiz bölgә yaradıldı. Әmәliyyatın keçirildiyi bölgәyә şәrqdәn vә qәrbdәn hücumlar edilir. Әmәliyyat çәrçivәsindә 4 min 219 kvadratkilometrlik sahә  ilә 600 yaşayış mәntәqәsi nәzarәt altına alınıb.

 

‘‘Vatan’’: Xarici İşlәr Nazirliyi Yunanıstan baş nazirinә reaksiya göstәrib

Türkiyә Yunanıstan baş naziri Kiryakos Miçotakisin Türkiyә ilә bağlı verdiyi açıqlamalarına reaksiya göstәrib. Türkiyәnin Xarici İşlәr Nazirliyi Yunanıstan hökumәtinә qaçqınların vәziyyәti ilә maraqlanmaları, onlara  lazımi yardımların göstәrilmәsi vә qaçqın uşaq ilә körpәlәrin pis şәraitdә ölmәlәrinin qarşısının alınması ilә әlaqәdar çağırış edib.

 

‘‘Sabah’’: Rәcәb Tayyib Әrdoğan açıqlama verib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bildirib ki, Türkiyә bǝzi kənd təsərrüfatı mǝhsullarının istehsalı baxımından dünyada yeddinci, Avropada isə birinci sıradadır. Rәcәb Tayyib Әrdoğan dünәn Beştәpә Millәt vә Konqres Mәrkәzindә tәşkil edilәn III Türkiyә Kənd Təsərrüfatı və Meşə Şurasında çıxış edib. Әrdoğan deyib: Fındıq, albalı, ərik və heyva istehsalında dünya lideriyik. Dünyanın 195 fərqli ölkəsinə 1690 kənd təsərrüfatı məhsulu ixrac edirik. Dünyanın üçüncü ən böyük toxum gen bankını Ankarada xidmətə verdik. Bankımız 250 min nümunəyə sahibdir. Türkiyənin Toxum ixracatı 11 dəfə artaraq 102 min tona çatıb’’.

 

‘‘Hürriyet’’: İstehlak qiymәtlәri indeksi açıqlandı

Türkiyә Statiskika Qurumu noyabr ayına dair istehlak qiymәtlәri indeksini açıqlayıb. Mәlumata görә, istehlak qiymәtlәri indeksi noyabr ayında keçәn ayın eyni dövrü ilә müqayisәdә 5,2% artaraq 59,9-a yüksәlib.

 

‘‘Star’’: Bal ixracından 10 ayda 18 milyon dollar әldә edilib

 

Türkiyә balı dünyanın müxtәlif ölkәlәrinә ixrac edilir.  Türkiyә  yanvar-oktyabr aylarında bal ixracından 18 milyon 406 min 57 dollar gәlir әldә edib. Mәlumata görә, Türkiyә balı әn çox Almaniyaya ixrac edilib. Bu ölkәyә 5 milyon 722 min 981 dollar mәblәğindә  yәni 1461 ton  bal ixrac olunub.



Әlaqәli Xәbәrlәr