Türkiyә mәtbuatı: 6 noyabr 2019

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1300980
Türkiyә mәtbuatı: 6 noyabr 2019

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürriyet’’: Türkiyә prezidenti Әrdoğandan әhәmiyyәtli xәbәrdarlıq:’’Buna laqeyd yanaşmayacağıq’’

Türkiyә prezidenti Rəcəb Tayyıb Ərdoğan Әdalәt vә İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindә keçirilәn  qrup toplantısında iştirak edib. Toplantıda açılış nitqi ilә çıxış edәn Türkiyә prezidenti Suriyadakı tәhlükәsiz bölgәdә hәlә dә terrorçuların olduğunu bildirib.

Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Müәyyәn etdiyimiz  tәhlükәsiz bölgәdә terrorçuların olduğunu bilirik. ‘‘Terrorçuları çıxartdıq’’  deyәrәk bizi aldada bilmәzlәr.Tәhlükәsiz bölgә sәrhәdlәri xaricindәki terrorçular da tәhlükәsizlik qüvvәlәrimizә hücum edir.Buna laqeyd yanaşmayacağıq. Bugünәdәk olduğu kimi bundan sonra da lazımi addımları atacağıq’’.

 

‘‘Haber Türk’’: Fuad Oqtay ABŞ-ın 2018-ci ilә dair terror hesabatı tәnqid etdi

 

Türkiyә prezidentinin kömәkçidi  Fuad Oqtay bildirib ki, Amerika Birləşmiş Ştatlarının 2018-ci ilә dair terror hesabatı Türkiyəni terror təşkilatlarına qarşı  apardığı mübarizədən vaz keçirmәyәcәk.

Türkiyәnin paytaxtı Ankarada  Ali Təhsil Şurasında keçirilən bir konqresə qatıldı  Fuad Oqtay  Amerika Birlәşmiş Ştatlarının Dövlət Departamentinin terrorla bağlı hesabatını tənqid etdi.

"Amerikanın hazırladığı terror hesabatı keçirilən Nazirlər Kabinetinin iclasından sonra da  ifadә etdiyimiz kimi  nə Fәtullahçı Terror Tәşkilatı FETÖ-yә, nә dә separatçı terror tәşkilatı PKK-nın Suriya qolu olan YPQ-yә qarşı apardığımız mübarizәyә mane ola bilmәz’’,-deyә Türkiyә prezidentinin kömәkçisi vurğulayıb.

Fuad Oqtay hәmçinin qeyd edib ki, Türkiyә inkişaf etmәyә davam edәcәk.

 

 

‘‘Yeni Şafak’’: Türkiyә vә Rusiya hәrbçilәri Suriyada ikinci patrul xidmәtini hәyata keçirib

Şoçidә әldә olunan razılaşmaya çәrçivәsindә  Türkiyә vә Rusiya hәrbçilәri Fәrat çayının şәrqindә ikinci birgә patrul xidmәtini hәyata keçirib.

Patrulda Türkiyә dörd zirehli avtomobil ilә iştirak edib.

Mәlumata görә, Türkiyә Silahlı Qüvvәlәri vә Rusiya Silahlı Qüvvәlәri Aynularab bölgәsinin şәrqi ilә Tel Abyadın qәrbi arasındakı bölgәdә birgә patrul xidmәtini hәyata keçirib.

Bu, Türkiyə-Suriya sərhəd xətti boyunca həyata keçirilən ikinci birgə patruldur.

Xatırladaq ki, Türkiyә vә Rusiya hәrbçilәri birinci  birgә patrul xidmәtini noyabrın birindә hәyata keçirmişdi.

 

 

‘‘Sabah’’: İstanbul Hava Limanı ‘‘İlin Hava Limanı’’ mükafatına layiq görülüb.

İstanbul Hava Limanı ‘‘International Airport Review’’ jurnalının tәşkil etdiyi  “Reader’s Choice 2019’’ (Oxucuların seçimi)  adlı müsabiqәdә ‘‘İlin Hava Limanı’’ mükafatına layiq görülüb.

 

 

‘‘Star’’: İxrac hәcmindә  18 % artım qeydә alınıb

Türkiyәdәn Orta Şәrq ölkәlәrinә edilәn ixrac hәcmindә bu lin ilk doqquz ayında keçәn ilin eyni dövrü ilә müqayisәdә 18 % artım qeydә alınıb. Türkiyәdәn Orta Şәrq ölkәlәrinә doqquz ayda 1 milyard 679 milyon dollar mәblәğindә ixrac hәyata keçirilib.

 

 



Әlaqәli Xәbәrlәr