Türkiyə mətbuatı, 30 oktyabr 2019

Türkiyənin “Haber Türk”, “Hürriyet”, “Vatan”, “Sabah” və “Star” mətbuat orqanları bu gün nələrdən yazır?

1296859
Türkiyə mətbuatı, 30 oktyabr 2019

 

“Haber Türk”: Ərdoğan: “Terror dəhlizini dağıtdıq”

  29 Oktyabr Cümhuriyyət Bayramı Türkiyənin hər yerində coşğuyla qeyd olundu. Gəncindən yaşlısına - hər yaşdan vətəndaş tədbir və şənliklərə qatıldı.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yüksək dövlət məmurları ilə birlikdə Cümhuriyyət Bayramı münasibətilə Anıtkabiri ziyarət etdi. Mavzoleyin xatirə dəftərinə Ərdoğan bu sözləri yazdı: "Sülh çeşməsi” hərəkatıyla Suriya sərhədi boyu qurulması istənilən terror dəhlizini dağıtdıq, qərarlığımızı bir daha bütün dünyaya göstərdik".

“Hürriyet”: Anıtkabir ziyarətçi axınına uğradı

  Cümhuriyyətin 96-cı ildönümü münasibətilə vətəndaşlar 29 oktyabrda Anıtkabirə üz tutdular. Respublika Bayramı tədbirləri çərçivəsində səhər təşkil edilən rəsmi mərasimdən sonra mavzoley vətəndaşların üzünə açıldı. Əllərində Türkiyə bayraqlarıyla Anıtkabir qarşısında toplanan cavanlı-qocalı minlərlə adamın mavzoleyin ziyarətə açılmasıyla ora axını bir oldu. Vətəndaşlar burada xatirə fotoşəkilləri də çəkdirdilər.

“Vatan”: Türkiyədən sanksiya qərarına reaksiya

  Türkiyə ABŞ Nümayəndələr Palatasında “Sülh çeşməsi” hərəkatıyla bağlı ölkəyə sanksiya tətbiq olunmasına dair qanun layihəsinin qəbul edilməsini kəskin şəkildə reaksiya ilə qarşıladı. Xarici İşlər Nazirliyi mövzu ilə bağlı etiraz şərhində bildirir: "Sülh çeşməsi” hərəkatımız səbəb göstərilərək ölkəmizə sanksiya tətbiq olunmasını nəzərdə tutan qanun layihəsinin ABŞ Nümayəndələr Palatasında qəbul edilməsini kəskin şəkildə qınayırıq."

“Sabah”: Xarici İşlər Nazirliyi: “ABŞ Nümayəndələr Palatasının qərarını rədd edirik"

  Türkiyə ABŞ Nümayəndələr Palatasının erməni iddiaları ilə bağlı qərarına sərt reaksiya göstərdi. Xarici İşlər Nazirliyi bildirdi: "Nümayəndələr Palatası tərəfindən oktyabrın 29-da qəbul edilən erməni iddialarına bağlı qərarı rədd edirik. Qərarın hüquqi əsası yoxdur”.

“Star”: Tətilə çıxan əcnəbi Antaliyada yerləşdi

  Türkiyənin turizm cənnəti Antaliya ev-villa alqı-satqısına əhəmiyyət verir. Əcnəbilərə satılan villaların sayı 2019-cu ilin 9 ayında 6257 ədəd olub. Bu satış rəqəmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz artım deməkdir. İlin sonuna qədər bu rəqəmin 10 mini keçərək rekord qırması gözlənilir.



Әlaqәli Xәbәrlәr