Türkiyə mətbuatı, 28 oktyabr 2019

“Hürriyet”, “Vatan”, “Star”, “Haber Türk” və “Sabah” bu gün nələrdən yazır?

1295760
Türkiyə mətbuatı, 28 oktyabr 2019

 

“Hürriyet”: Ərdoğan öldürülən DAEŞ terror təşkilatı başçısı Bağdadi mesajı: “Dönüş nöqtəsi"

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 27-də paylaşdığı mesajda bildirib: "DAEŞ terror təşkilatı başçısının zərərsizləşdirilməsi terrora qarşı müttəfiqlərimizlə ortaq icra etdiyimiz mübarizənin əhəmiyyətli dönüş nöqtəsi oldu. Türkiyə bundan əvvəl olduğu kimi, bundan sonra da terrorla mübarizəyə qatqı təmin etməyə davam edəcək."

“Vatan”: Bütün terror başçılarını aradan qaldırmanın zamanı gəldi

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin rəhbəri Fahrettin Altın oktyabrın 27-də “twitter” hesabından etdiyi paylaşmada yazıb: "Terrorizmə qarşı dostlarımız və müttəfiqlərimizlə işə davam edirik. Bütün terror başçısılarını ortadan qaldırmanın zamanı gəldi".

“Star”: Sabiha Gökçen Beynəlxalq Havalımanını 240 milyon yolçu istifadə etdi

  İstanbul Sabiha Gökçen Beynəlxalq Havalımanı (İSG) terminal binasının 2009-cu ilin 31 oktyabrından xidmətə başlamasından bu yana 10 il içərisində 240 milyon buradan keçib. Hər il yolçu sayını artıran bu hava limanı 2018-ci ildə 34 milyon 58 min yolçuya xidmət edirdisə, 2019-cu ildə bu rəqəm 36 milyona yaxınlaşır.

“Haber Türk”: 8 ayda 80 ölkəyə 100 milyon dollarlıq kürk ixrac edildi

  Türkiyədən bu ilin yanvar-avqust ayları içində 80 ölkəyə təxminən 100 milyon dollarlıq kürk ixrac olundu. Sektor ixracatının zirvəsində 16 milyon 780 min dollarla Cənubi Koreya durur. Bu ölkəyə satış ümumi ixracatın 16 faizini meydana gətirir.

“Sabah”: Gənc haltercilerden 17 qızıl medal

  Türkiyə Rumıniyada sona çatan Gənclər və 23 Yaşaltı Avropa Halter Çempionatını 17 qızıl, 8 gümüş və 13 bürünc medalla tamamladı.



Әlaqәli Xәbәrlәr