Türkiyə mətbuatı, 9 oktyabr 2019

“Sabah”, “Star”, “Vatan”, “Haber Türk”, “Hürriyet”, “Yeni Şafak” bu gün nələrdən yazır?

1284468
Türkiyə mətbuatı, 9 oktyabr 2019

 

“Sabah”: Suriya və İraq hökumətinin zamanı uzadılıb

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Bir gecə qəflətən gələ bilərik" sözləri ilə dünyanın gözləri Türkiyənin Suriyaya yönəlmiş əməliyyatına çevirərkən Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında Türkiyə Silahlı Qüvvələrinin (TSQ), PKK başda olmaqla, terror təşkilatları və Türkiyəyə qarşı təhlükələrin qarşısını almaq üçün həmsərhəd rayonlarda əməliyyat aparmasına imkan tanıyan qərarın müddəti 1 il də uzadıldı.

“Star”: Vucicdən Ərdoğana tərif: “Mənə onun kimi daha bir ölkə lideri göstərin

  Serbiya prezidenti Aleksandr Vucic həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyədə hakimiyyətə gəldiyi vaxtdan (2002) adambaşına düşən 3500 dollarlıq milli gəlirin bu gün 11 min dollara çıxdığına işarə edərək deyib: “Mənə bunu bacaran başqa bir dünya və ya Avropa lideri göstərin".

“Vatan”: Ərdoğan - Tramp görüşünün tarixi məlum oldu

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 13 noyabrda ABŞ-a səfər edəcəyini söyləyib. “Twitter”dən etdiyi açıqlamada Tramp deyib: "Bir çoxu Türkiyənin ABŞ-ın böyük ticarət tərəfdaşı olduğunu unudur. Türkiyə F-35 döyüş təyyarələrinin polad gövdəsini düzəldir".

“Haber Türk: "Türkiyə və Rusiya dollara qarşı razılaşdı

  Türkiyə və Rusiya ticarətdə dolların təsirini azaltmaq, rubl və lirənin istifadəni artırmaq üçün rəsmi müqavilə imzaladı. Rusiyanın maliyyə naziri Anton Siluanovun bildirdiyinə görə, 4 oktyabrda imzalanan müqaviləyə əsasən, Türkiyə Rusiya ilə “swift” və kredit kartı alternativlərilə çalışacaq.

“Hürriyet”: İstanbul dünyanın ən təhlükəsiz şəhərləri arasındadır

  Dünya şəhərlərini cinayət törətmə nisbətlərinə görə araşdıran “Numbeo” firması bu ilin ən etibarlı şəhərlərini açıqlayıb. Siyahıda müxtəlif ölkələrdən 28 şəhər var. Türkiyədən siyahıya girən İstanbul özünə üst sıralarda yer tutub.

“Yeni Şafak”: Türkiyənin uçuş şəbəkəsi 172 ölkəyə çatıb

  Türkiyə ilə Solomon adaları arasında ikitərəfli aviasiya müqaviləsi imzalanıb. Bununla Türkiyənin uçuş şəbəkəsi 172 ölkəyə çatıb. Müqaviləyə görə, Türkiyədəki bütün avianöqtələrdən Solomon adalarına həftədə 5 dəfə sərnişin və 5 dəfə yük daşınacaq.



Әlaqәli Xәbәrlәr