Türkiyə mətbuatı, 8 oktyabr 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1283644
Türkiyə mətbuatı, 8 oktyabr 2019

“Yeni Şafak” qəzeti: "Erdoğan: Balkanlara istiqamətli siyasətimizi din əsaslı yürütmürük"

Prezident Rəcəb Tayyib Ərdoğan Serbiyanın "Politika" qəzetinə müsahibə verdi. "Balkanlardakı tarixi və mədəni əlaqələrimizə böyük əhəmiyyət verməklə yanaşı Balkanlara istiqamətli siyasətimizi din əsaslı icra etmirik" deyə bildirən Ərdoğan “Bu coğrafiyanın bütün xalqlarını Balkanlardakı yerlərindən asılı olmayaraq, serblər, bosniyalılar, albanlar və xorvatlar olmasından asılı olmayaraq əsrlər boyu birlikdə yaşadığımız dostlarımız olaraq görürük” dedi.

“Haber Türk” qəzeti: "Türkiyə Suriyanın şimalında təhlükəsiz bölgəni özü quracaq"

Suriyanın şimalında təhlükəsiz bir bölgə yaradılması üçün yeni bir mərhələ başlandı. ABŞ Türkiyənin əməliyyatına dəstək verməyəcəyini və daxil olmayacağını açıqladı. Prezident Rəcəb Tayyib Ərdoğan əməliyyatın həyata keçirilməsində qətiyyəti vurğuladı: "Bir gecə qəfildən gələ bilərik" mesajı verdi.

“Vətən” qəzeti: Cənub-şərqdə neft və Frakyada qaz ehtiyatları "

Enerji və təbii sərvətlər naziri Fatih Dönme, Türkiyənin yalnız dənizlərdə deyil, quruda da neft və qaz axtarışlarına sürətlə davam etdiyini bildirdi. Cənub-Şərqi Anadoluda neft ehtiyatları tapdıqlarını bildirən nazir Dönmez bu neft ehtiyatlarının aşkarlandığının yaxın zamanda elan ediləcəyini söylədi. Frakyada qaz ehtiyatları aşkarlandı. Onların yerlərini açıqlamırıq, çünki testlər hələ başa çatmayıb, amma bunlar sevindirici hadisələrdir” dedi.

“Star” qəzeti:"Müdafiə və aviasiya sektorunun ixracatı 1,9 milyard dollar oldu"

Türkiyənin müdafiə və aviasiya sektoru ilin 9 ayında ixracatını 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,7 faiz artırdı. Beləliklə həmin dövrdə bu sektorda ən yüksək ixracat rəqəmi əldə edildi. Keçən ilin yanvar-sentyabr dövründə 1 milyard 346 milyon 869 min dollar olan sektorun ixracı 1 milyard 855 milyon 274 min dollara çatdı.

“Sabah” qəzeti: “Etnosporda milyondan çox iştirakçı oldu"

İstanbul Atatürk hava limanında Dünya Etnospor Konfederasiyası tərəfindən təşkil edilən 4-cü Etnospor Mədəniyyət Festivalı ziyarətçilərin böyük marağına səbəb oldu. 4 gün davam edən festivalda təxminən 1 milyon 200 min insan iştirak etdi. Etnospor Festivalında 12 kateqoriyada ənənəvi idman növləri ilə yanaşı, Türk mədəniyyətinin əhəmiyyətli bir hissəsi olan yeməklər, əl sənətləri və uşaq oyunları da nümayiş olundu.



Әlaqәli Xәbәrlәr