Türkiyə mətbuatı, 7 okyabr 2019

“Hürriyet”, “Sabah”, “Yeni Şafak”, “Haber Türk”, “Vatan” bu gün nələrdən yazır?

1282882
Türkiyə mətbuatı, 7 okyabr 2019

 

“Hürriyet”: Ərdoğan Kızılcahamam düşərgəsinin bağlanış çıxışını etdi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 6-da AK partiyanın paytaxt Ankarada Kızılcahamam rayonundakı 29-cu Müşavirə və Qiymətləndirmə Yığıncağının sonuncu günü bağlanış nitqi söylədi. Suriyanın şimalında qurulması planlanan etibarlı bölgə ilə əlaqədar da Ərdoğan diqqət çəkən ifadələr işlətdi: “Tramp dediyimizə gəldi və Fəratın şərqindən çəkilməyi gündəmə gətirdi. Amma Hörmətli Trampın yanındakılar təlimata uymaq istəmirlər."

“Sabah”: ABŞ-ın müşaviri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

  Fətullahçı Terror Təşkilatı (FETÖ) fərarilərindən Ergun Babahanın Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli haqqındakı skandal paylaşmasını bəyənən Amerika Birləşmiş Ştatlarının Türkiyədəki Səfirliyinin müşaviri Xarici İşlər Nazirliyinə çağırıldı və ondan açıq və dəqiq izahat istənildi. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mövzu ilə bağlı deyib: "Müşavir “bu, bir səhv oldu” dedi. Dəqiq izahat istədik, şərh verdi.

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fahrettin Altın da məsələyə münasibət bildirərək: “ABŞ Dövlət Katibliyi bu hadisənin istintaqını aparmalı və nə lazımsa, onu etməlidir”, - dedi.

  AK Partiyanın sözcüsü Ömer Çelik isə “Bu, Türkiyənin daxili işlərinə çirkin bir müdaxilə səyidir” deyə ifadə etdi.

“Yeni Şafak”: Sabiha Gökçen Hava Limanından ilin 9 ayında 26 milyon yolçu keçdi

  2018-ci ilin eyni dövrülə müqayisədə İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Lımanında ilin 9 ayında xarici xətt yolçusu 20 faiz artaraq 10 milyon 449 min, ölkəiçi xətt yolçusu isə 16 milyon 203 min olub.

“Haber Türk”: Avtomobil sektorundan sentyabrda 2,6 milyard dollarlıq ixracat gerçəkləşdi

  2019-cu ilin sentyabr ayında Türkiyə avtomobil sektoru 2,6 milyard ixracatla tarixində ən yüksək performansına çatdı. Avtomobil sektoru ümumi ixracatdan götürdüyü 18,5 pay ilə iqtisadiyyatın lideri olmağı davam etdirdi.

“Vatan”: Arslantepedə 5700 illik uşaq skeleti tapıldı

  Minlərlə illik keçmişiylə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO-nun Dünya Mirası Müvəqqəti Siyahısında olan Fərat çayının qərb sahilində, Malatyaya 7 kilometr məsafədəki Arslantepe kurqanında qazıntılar zamanı Gecikmiş Xalkolit Dövrünə aid bir iqamətgahda 5700 illik yaşı olduğu təxmin edilən uşaq skeleti tapılıb. Araşdırma üçün skeletdən nümunələr götürülüb.



Әlaqәli Xәbәrlәr