Türkiyә mәtbuatı: 4.10.2019

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1281648
Türkiyә mәtbuatı: 4.10.2019

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

 

Vatan: “Әrdoğan Etnospor  Mәdәniyyәt Festivalı ilә bağlı açıqlama verdi’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan dünәn İstanbulda start götürәn vә hәftәnin son günlәrinәdәk davam edәcәk IV Etnospor Mәdәniyyәt Festivalı ilә bağlı açıqlama verib.

Şәxsi ‘‘Twitter’’ sәhifәsindәn açıqlama verәn Türkiyә prezidenti açıqlamasında bu ifadәlәrә yer verib: ‘‘"Ənənəvi idman növlәrimizin  və dәrin köklәrә malik mədəniyyətimizin gәlәcәk nәsillәrә ötürülmәsi kimi mühüm bir vəzifəni yerinə yetirən IV Etnospor Mədəniyyət Festivalının uğurlu olmasını arzulayıram".

 

Hürriyet: “Türkiyәnin tәhlükәsiz bölgә ilә bağlı planı hazırdır’’

Milli müdafiə naziri  Hulusi Akar Türkiyənin Suriyanın şimalında təhlükəsiz bölgə yaradılması mövzsunda planlarının hazır olduğunu bildirdi.

Kayseri şəhərində “A400M” təyyarələrilə əlaqədar müqavilənin imzalanma mərasimində çıxış edən Hulusi Akar bu gün axşam ABŞ-ın müdafiə naziri Mark Esper ilə Suriyada təhlükəsiz bölgə mövzusunda görüş keçirəcəyini açıqladı.

Nazir Akar Suriyanın şimalında yaradılması planlaşdırılan təhlükəsiz bölgəyə dair açıqlama verdi.

“Səbr və səmimiyyətlə sülhməqsədli həll porsesi üçün görüşlərimizi davam etdiririk”  deyən Akar “Bu gün axşam radələrində ABŞ-ın müdafiə naziri Mark Esper ilə Suriyada təhlükəsiz bölgə mövzusunda görüş keçirəcəyik. Daha əvvəl ifadə etdiyimiz kimi planlarımız hazırdır. Görüşləri davam etdirməyimiz, problemi sülhməqsədli metodlarla həll etmək istəməyimiz zəiflik; planımız hazır deməyimiz təhdid kimi başa düşülməməlidir” ifadələrini işlətdi.

 

Haber Türk: “Berat Albayrak әhәmiyyәtli açıqlamalar verib’’

Türkiyәnin xәzinә vә maliyyә naziri Berat Albayrak ölkә iqtisadiyyatı ilә bağlı әhәmiyyәtli açıqlamalar verib. Türkiyә-Amerika Birlәşmiş Ştatları arasındakı ticarәt әlaqәlәrinә toxunan Berat Albayrak deyib: "Ticarət müharibələrində qәlәbә qazana bilәcәk bir ölkәyik. ABŞ iki ölkә arasındakı әlaqәlәri inkişaf etdirmәk istәyir. Türkiyә investorların diqqәtlәrini cәlb edәn ölkәdir’’.

 

Star: “Beynәlxalq arenadaTürkiyәnin  sәsi daha güclü çıxır’’

Fransanın ‘‘Le Monde’’ qәzeti  Türkiyәnin beynәlxalq arenada sesini ucaldan vә keçmiş tarazlıqları pozan bir ölkә olduğunu yazıb. Rәsmi Ankaranın çoxşaxәli xarici siyasәt yürütdüyünü vurğulayan qәzet milli maraqları üçün lazımi addımları atdığını vurğulayıb. Xәbәrdә hәmçinin vurğulanıb ki,  qlobal arenada Türkiyәnin sәsi daha uca çıxır.

 

Yeni Şafak: “Yerli vә milli imkanlarla istehsal edilәn peyk İstanbulu görüntülәdi’’

2012-ci ildә kosmosa buraxılan GÖKTÜRK-2 peyki dünyadan tәxminәn 685 kilometr  mәsafәdәki orbitindәn mәlumat göndәrmәyә davam edir. Yerli vә milli imkanlarla istehsal edilәn peyk İstanbulu görüntülәdi. Peyk 90 dәqiqә әrzindә Yer kürәsi әtrafında dövr vura bilir.



Әlaqәli Xәbәrlәr