Türkiyə mətbuatı, 2 oktyabr 2019

“Yeni Şafak”, “Sabah”, “Vatan”, “Haber Türk” və “Hürriyet” bu gün nələrdən yazır?

1280348
Türkiyə mətbuatı, 2 oktyabr 2019

 

“Yeni Şafak”: Ərdoğan: Suriyada təhlükəsiz zona ilə bağlı gözləyəcək bir günümüz belə yoxdur

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Suriyada yaradılacaq təhlükəsiz bölgə məsələsilə bağlı öz yoluna davam etməkdən başqa çarəsi qalmadığını bildirərək deyib: "Münbiç daxil olmaqla, Fərat çayından İraq sərhədinə qədər yaradacağımız 30 kilometrlik təhlükəsiz zonada 2 milyon adamı yerləşdirməyi planlaşdırırıq".  

“Sabah”: Ərdoğan: Mərkəzi Bankımızın valyuta ehtiyatları 100 milyard ABŞ dollarlarından artıq oldu

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın valyuta ehtiyatlarının 103 milyard dollar səviyyəsinə çatdığını bildirib. İqtisadiyyatda tarazlanma və yenidən böyümə prosesini uğurla davam etdirdiklərini vurğulayan Ərdoğan deyib: "Maliyyə intizamını heç vaxt güzəştə getmirik. 11-ci inkişaf planındakı yol xəritəmizi təqib edərək qarşıdakı seçkisiz 4 ili ən yaxşı şəkildə dəyərləndirəcəyik. Ölkəmizi dünyanın ən böyük 10 iqtisadiyyatından biri halına gətirənə qədər gecə-gündüz çalışacağıq".  

“Vatan”: Yeni İqtisadiyyat Paketinə iş dünyasından dəstək

  Türkiyə iqtisadiyyatının üç illik yol xəritəsi - Yeni İqtisadiyyat Paketi açıqlanıb. Proqramda inflyasiyanın 2022-ci ildə 4,9 faizə enməsi nəzərdə tutulub. İş dünyası yenidən yüksək inkişafı təqib etmək üçün özəl sektora həyəcan və ruh verir. Planlaşdırılan addımların iqtisadiyyatda bir sıçrama taktikası funksiyası icra edəcəyi, beləcə, güclü və sabit böyümə prosesinə keçidin təminatı nəzərdə tutulur.

“Haber Türk”: “Fitch Ratings” Türkiyənin inkişaf gözləntisini qaldırdı

  Kredit Dərəcələrini Müəyyənləşdirmə Agentliyi olan “Fitch Ratings” 1 oktyabrda açıqladığı “Qlobal iqtisadi görünüş” hesabatında Türkiyə iqtisadiyyatı üçün artım proqnozunu yuxarı istiqamətli olaraq qeyd edib. “Fitch Ratings” Türkiyə iqtisadiyyatının 2020-ci ildə 3,1 və 2021-ci ildə isə 3,6 faiz böyüyəcəyini təxmin edib.

“Hürriyet”: Turist sayı 31 milyonu keçdi

  İlin ilk 8 ayında Türkiyəyə gələn turist sayı 31 milyonu keçdi. Ölkəyə ən çox turist 4,8 milyon nəfər olmaqla Rusiyadan gəlib. Türkiyənin ən çox turist qəbul edən şəhəri isə 10,3 milyonla Antalya olub. Antalya 9,9 milyon turistlə İstanbuldan sonra gəlib. İstanbul avqust ayında Avropanın doluluq nisbətinə çatan 10 şəhərindən biri sayılıb.



Әlaqәli Xәbәrlәr