Türkiyə mətbuatı, 30 sentyabr 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1278681
Türkiyə mətbuatı, 30 sentyabr 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

“Haber Türk” qəzeti: “Ərdoğan: öz döyüş təyyarəmizə qovuşacağımız zaman yaxındır”

Prezident rəcəb Tayyib Ərdoğan “F-35” döyüş təyyarələri mövzusunda ABŞ ilə yaşanan problemlərə toxunaraq, Türkiyənin yerli istehsalata üstünlük verdiyini vurğuladı. Ərdoğan “Necə korvətlərimizi özümüz tikdiksə, necə “Atak” həlikoptərlərimizi özümüz istehsal etdiksə, necə silahlı və silahsız pilotsuz uçuş aparatlarımızı, pəyklərimiz inkişaf etdirib özümüz buraxdıqsa, özümüzün döyüş təyyarəsinə də qovuşacağıq. Zaman yaxındır” dedi.

“Sabah” qəzeti: “Türkiyənin yeni yerli döyüş gəmisi TCG Kınalıada”

Türkiyənin yeni yerli döyüş gəmisi TCG Kınalıada (F-514) prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimdə Dəniz Donanmasına təhvil verildi. 4-cü və son Ada sinfi korvet gəmisi olan TCG Kınalıada (F-514) gəmisində dünyanın ən yaxşısı kimi göstərilən yerli və milli “Atmaca” raketi və HAVELSAN tərəfindən buraxılan Şəbəkə Dəstəkli Nəzarət sistemi “Advent”dən ilk dəfə istifadə olunur.

“Star” qəzeti: “Türkiyə sağlamlıqda nümunə ölkə”

Beynəlxalq Səhiyyə Təşkilatı qaçqınların səhhi vəziyyətilə əlaqəli yaydığı hesabatda Türkiyəni tərflədi. 13 mindən çox sənədin tədqiq edilməsilə hazırlanan hesabatda Türkiyənin 4 milyon qaçqına bərabər və keyfiyyətli xidmət göstərdiyi bildirildi. Avropa isə ayrı-seçkiliyə məruz qalan qaçqınlar səhiyyə xidmətlərinə dəqiq şəkildə çata bilmir.

“Hürriyət” qəzeti: “Boğaziçi zirvə yığıncağına 90 ölkədən 3 min iştirakçı”

Bu il 10-cu dəfə təşkil ediləcək olan və Prezident Aparatının himayəsində 26-28 noyabr tarixlərində baş tutacaq Boğaziçi zirvə yığıncağı rekord iştirakçı sayı üçün hazırlaşır. Toplantını təşkil edən Beynəlxaq Əməkdaşlıq Platformasının qurucusu Cingiz Özgəncil getdikləri bütün ölkələrdə Türkiyəyə qarşı böyük maraqla qarşı-qarşıya gəldiklərini və Türkiyənin yenidən sərmayədarların diqqət mərkəzində olduğunu ifadə etdi.  Yanvar ayından etibarən 20-dən çox ölkədə görüşlər keçirdiklərini ifadə edən Özgəncil “Apardığımız görüşlərdə ölkə xaricində Türkiyəyə olan maraqğın yenidən canlandığını dəqiq şəkildə gördük” dedi.

“Star” qəzeti: Avropalı turist İstanbulu doldurdu”

Avropalı və yapon turistlər İstanbula geri qayıtdıqda avqust ayında İstanbulda otellər 90 faiz doldu. Bu artımda Uzaq Şərq ölkələrinə istiqamətli təyyarə səfərlərinin sayının artırılması öz təsirini göstərdi. Son aylarda xüsusilə yapon, çinli və Hindistanlı turist sayında artım müşahidə olunur.

“Yeni Şafak” qəzeti: “Türkiyənən 2023 Turizm Strategiyası açıqlandı: 75 milyon turist hədəf alındı”

Turizm sektoru nümayəndələri Türkiyənin 2023-cü ildəki 75 milyon turist hədəfinə mərkəzləşdi. Aralıq dənizi turistik otelçilər və iş adamları birliyinin sədri Erkan Yağçı “2023-cü ildə 75 milyon turist hədəfi Türkiyə cəhətdən son dərəcə real və çatıla biləcək bir hədəfdir. Bizim də bu sahədə fəaliyyətlərimiz var” dedi. Yağcı müəyyən strategiyalar çərçivəsində xüsusilə təblığat sahəsində davam etdiriləcək fəaliyyətlərlə bu hədəfə çata biləcəklərini söylədi.



Әlaqәli Xәbәrlәr