Türkiyə mətbuatı, 27 sentyabr 2019

“Sabah”, “Yeni Şafak”, “Haber Türk”, “Star” və “Hürriyet” bu gün nələrdən yazır?

1277495
Türkiyə mətbuatı, 27 sentyabr 2019

 

“Sabah”: Ərdoğanın BMT-dəki sözləri Kapadokya səmalarında

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT baş assambleyasında söylədiyi “Dünya 5-dən böyükdür” və “Türkiyə İslam ümmətinin ümididir” sözləri pankartlar üzərində ingiliscə xarici turistlərin çox olduğu Kapadokyada hava şarları ilə səmada dalğalandırıldı. Ərdoğanın sözləri pankartlara İngiliscə yazılaraq şarlara əsl idi.

“Yeni Şafak”: İslamofobiyaya qarşı televiziya kanalı qurulacaq

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Malayziyanın baş naziri Mahathir Məhəmməd və Pakistanın baş naziri İmran Xan Nyu-Yorkda keçirdikləri iclasda üç ölkə olaraq kollektiv şəkildə İslamofobiyanın yaratdığı problemlərlə mübarizə aparmaq və uca dinimiz İslamı səhv məlumatlardan qurtarmaq ingilis dilində bir televiziya kanalı yaratmaq qərarına gəldilər. Məqsəd bu yolla müsəlmanlara qarşı yanlış təbliğatın qarşısını almaqdır.

“Haber Türk”: 1 ildə 2611 əcnəbi Türkiyə vətəndaşı oldu

  Türkiyə Vətəndaşlığı Qanununa əsasən ötən il ABŞ-dan Rusiyaya, Kanadadan Dominik Respublikasına, Braziliyadan Komorlar Birliyinə qədər çox sayda ölkədən 2611 əcnəbi Türkiyə vətəndaşı olub. Ailələriylə birlikdə bu say 9962-ə çatıb. Sözügedən dövrdə edilən müraciət sayı isə 3859-a yüksəlib.

“Star”: ABŞ-ın Türkiyə ilə bağlı geri addım atma səbəbi

  Mütəxəssislərin fikrinə görə, ABŞ-ın F-35 döyüş təyyarəsilə bağlı proqramdan geri çəkilmə qərarının səbəbi Türkiyə kimi strateji bir müttəfiqi itirməkdən qorxmasıdır. Belə ki, ABŞ Orta Şərqdəki mənfəəti üçün Türkiyə ilə yaxşı əlaqələri davametdirmə istəyindədir.

“Hürriyet”: Quti Hernandezdən İstanbul paylaşması

  İspaniyalı futbolçu Quti Hernandez 26 sentyabrda 5,8 bal gücündə zəlzələ yaşayan İstanbul camaatına “keçmiş olsun” mesajı göndərdi.

  Bir zaman “Beşiktaş”ın məşqçisi olmuş dünyaşöhrətli futbolcu Q.Hernandez “twitter”dən türk və ispan dillərində "Güclü ol, İstanbul" paylaşması edib.



Әlaqәli Xәbәrlәr