Türkiyə mətbuatı, 13 sentyabr

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1269001
Türkiyə mətbuatı, 13 sentyabr

"Star": "Türkiyənin səxavətini təqdir edirik"
 
 Hollandiyanın İstanbuldakı baş konsulu Bart van Bolhuis Türkiyənin qaçqınlar üçün göstərdiyi səxavəti təqdir etdiklərini bildirdi. Türkiyənin qaçqınların gələcəyi və onları qorumaq üçün əlindən gələni etdiyini ifadə edən Bolhuis: "Türkiyə ilə Hollandiyanı müqayisə edincə bizim çox az sayda qaçqına ev sahibliyi etdiyimiz məlum olur" dedi.
 
 "Sabah": "Mərkəzi Bankın rezervləri artdı"
 
 Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) rezervləri ötən həftə 347 milyon dollar artaraq 101 milyard 852 milyon dollar oldu. 6 sentyabr tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 489 milyon dollar artımla 76 milyard 285 milyon dollar təşkil etdi. Valyuta ehtiyatları 29 avqustda 75 milyard 796 milyon dollar səviyyəsində idi. Həmin dövrdə qızıl ehtiyatları 25 milyard 567 milyon dollar təşkil etdi. Beləliklə, Mərkəzi Bankın ümumi ehtiyatları keçən həftə əvvəlki həftə ilə müqayisədə 347 milyon dollar artaraq, 101 milyard 505 milyon dollardan 101 milyard 852 milyon dollara yüksəldi.
 
 "Hürriyyət": "Honq Konqun sərgi nəhəngi türkiyəli sahibkarlar üçün gəldi"
 
 Uzaq Şərqin ən böyük sərgilərini təşkil edənn "Mega Show"un rəhbərləri Türk ev və mətbəx sənayeçiləri ilə görüşmək üçün Türkiyəyə gəldilər. 20-23 oktyabr tarixlərində keçiriləcək Ev və Mətbəx Əşyaları Sərgisi üçün Türkiyədə sektorun qabaqcılları ilə görüşdüklərini bildirən "Mega Show" rəsmiləri Türkiyənin l Honq Kongdakı sərgidə hər il daha fəal iştirak etdiyini bildirdilər.
 
 "Xəbər Türk": "Türkiyədəki muzeylər brend olur"
 
 Mədəniyyət və Turizm Nazirliyi muzeyləri brend halına gətirmək məqsədilə yeni bir proqram tətbiq etməyə başladı. Nazirliyə tabe olan bütün muzey və abidəsi ilə yerlərinin sosial media hesabları və veb saytları tək çətir altında toplaşdı. Bu proqrama  daxil olnalar gəzdikləri muzeylərə dair fikir və təkliflərini eyni səhifədən birbaşa nazirliklə bölüşə biləcəklər.
 
 "Vətən": "Türkiyədən 34 universitet dünyanın ən yaxşı universitetləri siyahısına daxil oldu"
 
 London mərkəzli ali təhsil dərəcələrini müəyyənləşdirmə agentliyi "Times Higher Education" (THE) 92 ölkədən 1300-dən çox ali təhsil ocağını keyfiyyətə görə sıraladı. Bu il Türkiyədən bütövlükdə 34 ali təhsil müəssisəsi siyahıda göstərildi. Türkiyədən siyahıya yeni girən 11 universitetlə ölkənin siyahıdakı təmsili təxminən 50 faiz artıb.



Әlaqәli Xәbәrlәr