Türkiyә mәtbuatı: 03.09.2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1262757
Türkiyә mәtbuatı: 03.09.2019

 

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

 

‘’Sabah’’: ‘‘Rәcәb Tayyib Әrdoğan ‘‘Әdliyyә İli’’nin açılış mәrasimindә çıxış edib’’

Türkiyә prezidenti Rәcәb Tayyib  Ərdoğan 2019-2020 Ədliyyə İli açılışı münasibətilə Beştəpə Millət Konqresi və Mədəniyyət mərkəzində keçirilən mərasimdə çıxış edib.

Ərdoğan haqq və azadlıqların qorunması, inkişaf etdirilməsi, zəmanət altına alınması üçün əhatəli bir İnsan Haqları Əməliyyat Planı hazırladıqlarını vurğulayıb.

 

‘‘Yeni Şafak’’: ‘‘Türkiyә Silahlı Qüvvәlәri vә Milli Kәşfiyyat İdarәsi birgә әmәliyyat keçirib.

Türkiyә Silahlı Qüvvәlәri  vә Milli Kәşfiyyat İdarәsi İraqın şimalındakı Hakurk bölgәsindә terror tәşkilatı PKK-ya qarşı  koordinasiyalı әmәliyyat keçirib. Әmәliyyat nәticәsindә beş terrorçu zәrәrsizlәşdirilib.

 

‘‘Hürriyet’’: ‘‘Әminә Әrdoğan Salda gölündә olub’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın xanımı Әminә Әrdoğan  dünәn әtraf mühit vә şәhәrsalma naziri Murat Kurumla Burdurda yerlәşәn vә ağ qumsallı sahilinin və şəffaf  suyunun ortaya çıxardığı gözəllikləri ilə "Türkiyənin Maldivləri" kimi məşhurlaşan Salda gölündә olub vә aparılan fәaliyyәtlәr haqqında mәlumat alub.

 

‘‘Star’’: ‘‘Ağ Evi vә Vatikanı Türk mәrmәri  bәzәyir’’

İstanbul Mәdәn İxracatçılar Birliyinin sәdri Aydın Dinçәr tәbii daş sektorunda Türkiyәnin әhәmiyyәtli yerdә olduğunu söylәyib. Türkiyәdәki yataqlardan çıxarılan  tәbii daşların dünyanın önәmli mәrkәzlәrindә istifadә edildiyi bildirilir. Dinçәr keyfiyyәti ilә diqqәtlәri cәlb edәn  Türk mәrmәrinin  ABŞ-dakı Ağ Ev, Vatikandakı  San Pietro kilsәsi vә  Avstraliyadakı Disneylandi bәzәdiyini ifadә edib.

 

‘‘Haber Türk’’: ‘‘XXVI Beynəlxalq Aspendos Opera və Balet Festivalı 1-18 sentyabr tarixlərində Antaliyada’’

 

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Opera və Balet (DOB) Teatrı tərəfindən təşkil edilən XXVI Beynəlxalq Aspendos Opera və Balet Festivalı 1 sentyabrda başladı..

Məlumata görə, 26-cı Beynəlxalq Aspendos Opera və Balet Festivalı 1-18 sentyabr tarixləri arası Türkiyənin Antaliya şəhərində olacaq.

Festival Bizetin məşhur "Karmen" (Carmen) operası ilə açılacaq. İstanbul və Antaliya dövlət opera və balet teatrları, xorları və Zdravko Lazarovun dirijorluğu ilə səhnəyə çıxacaq əsər 1 və 2 sentyabr tarixlərində Aspendos Antik Teatrında sənətsevərlərə göstəriləcək.   

Klassik baletin şah əsərlərindən olan "Sonalar gölü" baleti 8 sentyabrda Aspendosda Viyananın 300 yaşlı cə köklü balet ənənəsini yaşadan Viyana Dövlət Opera və Balet Teatrı tərəfindən təqdim ediləcək.  

Antaliya Dövlət Opera və Balet Teatrı tərəfindən 12 və 13 sentyabr axşamları Aspendosda möhtəşəm "Aida" operası göstəriləcək. "Troya" epik operası isə 16 sentyabrda EXPO-da nümayiş etdiriləcək.



Әlaqәli Xәbәrlәr