Türkiyә mәtbuatı: 23.08.2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1257303
Türkiyә mәtbuatı: 23.08.2019

 

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

‘’Yeni Şafak’’: ‘‘Türkiyә prezidenti Әrdopandan Kiprin Yunan icmasına sәrt xәbәrdarlıq’’

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan Kiprin Yunan icmasının Şәrqi Aralıq dәnizindә tәktәrәfi  karbohidrogen axtarış fəaliyyətlərinə reaksiya göstәrәrәk deyib: ‘‘Yunanlıların keçmişdә adada etdiklәri sәbәbindәn Türkiyә 1974-cü ildә Kipr Sülh Hәrәkatını hәyata keçirdi. Baş verənlərdən dərs götürməyənlər varsa onlara da lazım olan cavabları verməkdən imtina etməyəcəyimizi bilsinlər".

 

Sabah: ‘‘Tәhlükәsiz bölgә ilә bağlı  texniki fәaliyyәtlәrin son mәrhәlәsinә gәlinib’’

Suriyanın şimalında  Türkiyә ilә Amerik Birlәşmiş Ştatlarının kordinasiyalı şәkildә yaradmağı  planlaşdırdığı  tәhlükәsiz bölgә ilә bağlı texniki fәaliyyәtlәrin son mәrhәlәsinә gәlinib. Son tәdqiqatlardan sonra ABŞ vә Türkiyәnin birgә hәyata keçirdiyi Birgә Әmәliyyat Mәrkәzi  öz fәaliyyәtlәrinә başlayacaq.

 

‘‘Vatan’’: ‘‘Türkiyә tikinti sektorunda әhәmiyyәtli irәlilәyişlәr әldә edib’’

Türkiyә qlobal bazardakı son vәziyyәtә baxmayaraq beynәlxalq tikinti jurnalı olan ENR-nin ‘‘Dünyanın әn nәhәng 250 beynәlxalq podratçısı'' siyahısının ikinci pillәsindә qәrarlaşıb.

 

Star: ‘‘Türkiyә süni intellekt sahәsindә әhәmiyyәtli addımlar atır’’

Sәnaye vә Texnologiya naziri Mustafa Varank bildirib ki, TÜBİTAK yanında Süni İntellekt İnstitutu yaratmağı planlaşdırırıq.Bu qurum süni intellekt sahәsindә önәmli texnologiyalar inkişaf etdirәcәk. Mustafa Varank hәmçinin qeyd edib ki,  rәqәmsal texnologiyalar inkişaf etdirәn şirkәtlәrin fәaliyyәtlәrinә dәstәk olmaq mәqsәdilә bu sahәdәki investisiyalarımızı artıracağıq .

 



Әlaqәli Xәbәrlәr