Türkiyə mətbuatı, 19 avqust 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1254416
Türkiyə mətbuatı, 19 avqust 2019

“Haber Türk” qəzeti: “Türkiyə Aralıq dənizində haqlarından güzəştə getməyəcək”

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik Türkiyənin 2017-ci ilin aprel ayında Barbaros Xeyrəddin paşa seysmik axtarış gəmisilə Gaziantep freqatının müşayiətində Şərqi Aralıq dənizində karbohidrogen axtarışı üçün fəaliyyətlərə başlandığını, 2019-cu ildə isə Fateh və Yavuz qazma gəmilərini bölgəyə göndərərək haqq və mənfəətlərinin təqibçisi olduğunu bildirdi. Çelik şəxsi “Twitter” səhifəsində yer alan açıqlamasında “Ordumuz bölgədə və dəniz sərhədlərimizdə başda “Mavi vətən” olmaqla bir sıra uğurlu təlimlər həyata keçirdi. Qətiyyətli mövqeyimiz vurğulandı” ifadələrini işlətdi.

“Star” qəzeti: “620 min suriyalı üçün ümid yolu: Sülh dəhlizi”

Türkiyə ilə ABŞ arasında detalları müzakirə edilən "Suriyada sülh dəhlizi" həm terror təşkilatı PKK/YPG-nin Türkiyəni təhdid etməsinə son qoyacaq, həm də evlərindən uzaq minlərlə suriyalının evlərinə qayıtması üçün ümid yolu olacaq. 2011-ci ildə Suriyada yaşanan vətəndaş müharibəsi və daha sonra bölgədə terror təşkilatlarının xalqa zülm etməsi nəticəsində 3 milyon 643 min 870 suriyalı Türkiyəyə sığınmaq məcburiyyətində qalmışdı. Türkiyəyə sığınan suriyalıların 17 faizi hazırda terror təşkilatı PKK/YPG-nin işğal etdiyi torpaqlarda yaşayırdı.

“Vatan” qəzeti: “ Suriya sərhədinə əsgər göndərilməkdə davam edir”

Türkiyənin Şanlıurfa vilayətinin Ceylanpınarı qəsəbəsinə zirahli texnikalar və hərbi dəstələr göndərildi. “Kirpi” olaradaq adlandırılan zirəhli texnika və içində hərbi xədəmənin olduğu avtobuslardan ibarət 10 maşınlıq konvoy dünən Ceylanpınarı qəsəbəsinə çatdı. Avtobuslar Ceylanpınar 1-ci Sərhəd Bölük Komandanlığına daxil oldu. Hərbi xədəmənin Suriya sərhədində olan hərbi birliklərə əlavə güc məqsədilə göndərildiyi bildirilib.

“Hürriyət” qəzeti: “Türkiyə 4 məhsulun istehsal və ixracında dünya lideridir”

Türkiyənin fındığı, gilası, ənciri və əriyi ləzzəti və keyfiyyətilə dünyada yayılır. Bu dörd məhsulun istehsalı və ixracı sahəsində Türkiyə dünyada lider ölkədir.  

“Yeni Şafak”: “Türkiyə Çinə mərmər və gilasdan sonra süd və süd məhsulları da ixrac edəcək”

ABŞ-dan kənd təsərrüfatı məhsulları almağı məhdudlaşdıran Çin ehtiyacını ödəmək üçün başda Türkiyə olmaqla başqa bazarlara öz tutdu. Türkiyə Çinə mərmər və gilas ixracatından sonra indi də süd və süd məhsulları göndərəcək. Çinin Ankara səfiri Deng Li “Bu ilin ikinci yarısında Türkiyənin süd və süd məhsulları də Çinə ixrac olunacaq” dedi.



Әlaqәli Xәbәrlәr