Türkiyə mətbuatı, 6 avqust 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1248631
Türkiyə mətbuatı, 6 avqust 2019

“Haber Türk”: “Çavuşoğlunun Yunanıstana mesajı”

Xarici işlər naziri Mövlud Çavuşoğlu Şərqi Aralıq dənizi mövzusunda “Yunanıstanı bölgədə bütün mövzularda iki tərəfin də qazandığı prinsibi çərçivəsində bir ortaq kimi görmək istəyirik. Gəlin xalqlarımızın rifahı üçün birgə işləyəyin. Bu bölgə ilə maraqlanan hər kəsə mesajımız eynidir. Bizimlə əməkdaşlıq zəminində bir araya gəlin, hər kəs qazansın” ifadələrini işlədib.

“Sabah”: “Yerli avtomobil modeli tədqiq edildi”

Sənaye və texnologiya naziri Mustafa Varank Türkiyə Ticarət və Birjalar Palatası sədri Rifat Hisarcıklıoğlu və Türkiyənin avtomobil təşəbbüsü qrupu ilə bir araya gəldi. Yığıncaqda yerli avtomobilin ilk prototip modeli tədqiq edildi.

“Hürriyet”: “Nazir Pekcan: ABŞ-ın ticarət naziri Türkiyəyə gələcək”

Ticarət naziri Ruhsar Pekcan ABŞ-ın ticarət naziri  Vilbur Ros ilə səmərəli telefon danışığı keçirdiyini bildirərək “Bu görüş istiqamətində hörmətli Rosun müşayiətindəki heyətlə birlikdə sentyabr ayının ilk yarısında Türkiyəyə rəsmi səfərə gələcəyi barədə razılaşdıq” dedi.

“Star”: “Türkiyə və Finlandiya Rusiyanın hava məkanına nəzarət edəcək”

Rusiya Müdafiə Nazirliyinin qəzeti “Krasnaya Zvezdanın bildirdiyinə görə, Türkiyə və Finlandiya heyətləri arasında keçirilən Açıq Səmalar sazişi çərçivəsində Rusiya hava məkanında Türk CN-235 təyyarəsilə dünən başlayan və 9 avqustadək davam edəcək müşahidə uçuşu reallaşdıracaq.

“Vatan”: “Türkiyə orqan köçürülməsində ikinci yerdədir”

“Press və PRNet” agentiliyinin İpsos məlumatlarından əldə edilən məlumata görə, Türkiyənin orqan verilməsi həssaslığında 72 faizlik nisbətlə ikinci yerdə olduğu müşahidə olundu. Siyahının birinci yerində 74 faiz ilə Hindistan lidərdir. İkinci yerdə olan Türkiyəyə 72 faiz nisbətilə İspaniya müşayiət edir.



Әlaqәli Xәbәrlәr