Türkiyə mətbuatı, 31 iyul 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1245282
Türkiyə mətbuatı, 31 iyul 2019

“Yeni Şafak”: “Çavuşoğlu: S-400-lər NATO üçün problem təşkil etmir”

Xarici işlər naziri Çavuşoğlu Türkiyənin S-400 alımından sonra NATO ilə münasibətlərdə bir problemin olub-olmadığına dair verilən suala: "NATO ilə bir problemimiz yoxdur. Baş katibin və müavininin S-400-lərə dair açıqlamalarından da aydın olduğu kimi, S-400-lər NATO üçün bir problem təşkil etmir. Türkiyə bir çox sahədə NATO-nun fəaliyyətinə töhfə verir. Bu məsələ heç bir NATO toplantısında gündəmə gətirilməyib" cavabını verdi.

Çavuşoğlu S-400-lərin alımının Türkiyə-NATO əlaqələrindən çox Türkiyə-Amerika Birləşmiş Ştatları əlaqələrini maraqlandıran bir məsələ olduğunu vurğuladı.

“Haber Türk”: “Berat Albayrak: Türkiyəyə etibar edən sərmayədar qazandı”

Xəzinə və maliyyə naziri Berat Albayrak iyun ayında ilk dəfə illik cari artım olacağını, Türkiyənin büdcə və bütün digər iqtisadi hədəfləri baxımından ilin ikinci yarısının daha müsbət olacağını bildirdi. Ölkəyə may ayından bəridir 10 milyarddan çox xarici sərmayənin girişinin olduğunu ifadə edən Albayrak: “Türkiyəyə etibar edən sərmayədar qazanclı oldu”.

“Star”: “Malayziya müdafiə sənayesini inkişaf etdirmək üçün Türkiyə ilə əməkdaşlıq istəyir”

Malayziya müdafiə naziri Məhəmməd Sabu Penang əyalətində orta məktəblərdən birində keçirilən tədbirdə iştirakından sonra jurnalistlərə açıqlamasında Türkiyənin müdafiə sənayesindəki inkişafdan bəhs etdi. Sabu Malayziyanın müdafiə sənayesini inkişaf etdirmək üçün Türkiyə ilə əməkdaşlığa hazır olduğunu söylədi.

“Hürriyət”: “İnsan sağlamlığı üçün ən uyğun şəhərlər məlum oldu. Türkiyədən 5 şəhər siyahıda yer aldı”

Apardığı araştırmalarla etibarlı yerə sahib olan məlumat bankı Numbeo ilin ortasında insan sağlamlığı üçün ən uyğun şəhərləri elan etdi. Türkiyədən də 5 şəhər siyahıya girdi. Siyahıda Bursa, Antalya, İzmir, İstanbul və Ankara yer aldı. Siyahı təşkil edilərkən şəhərlərdəki yaşıl sahələr, idman qurğularının kəyfiyyəti, havanın və suyun çirklənməsi, orta ömür uzunluğu, piylənmə nisbəti və iş-xüsusi həyatının balansı kimi 10 fərqli meyar araşdırılır.

“Vatan”: “Nazir Turhan: Çindən Londona qədər birbaşa bağlantı təmin olundu”

Nəqliyyat və infrastruktur naziri Cahit Turhan Türkiyənin, Cəbəllütariq boğazı ilə Atlantik okeanına, Süveyş Kanalı ilə Ərəb yarımadası və Hind okeanına, Türk boğazlarının Qara dəniz-Aralıq dənizi yolu ilə Avrasiya və Uzaq Şərqə uzanan bir nəqliyyat torunun düz ortasında olduğunu söylədi . Türkiyənin logistika nöqtəsində təbii baza mövqeyində olduğunu ifadə edən Turhan Çini Avropaya bağlayacaq dəmir yolu xəttinin ən əhəmiyyətli hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti və bağlantılarının tamamlandığını ifadə edərək, bununla ölkənin strateji mövqeyini daha güclü hala gətirdiklərini söylədi.



Әlaqәli Xәbәrlәr