Türkiyə mətbuatı, 05 iyul 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1230668
Türkiyə mətbuatı, 05 iyul 2019

“Sabah”: “BMT belə bir qalmaqalın altına imza ata bilməz”

Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin terror təşkilatı YPG/PKK ilə daxilindəki azyaşlıların buraxılması bəhanəsilə görüş keçirməsi və bir saziş imzalamasının qəbuledilməz olduğunu bildirərək, “BMT-nin bir terror təşkilatını bu şəkildə tərəf-müqabil qəbul etməsi, masaya oturması və rəsmi bir status tanıyan kimi bir müqavilə imzalaması ən zəif ifadə edilə biləcək bir qalmaqaldır. BMT belə bir qalmaqalın altına imza ata bilməz” dedi.

“Star”: “Türkiyə BMT-nin Cenevrə Ofisi və İsveçrə orqanlarına etiraz notası göndərdi”

Türkiyə terror təşkilatı PKK/PYD/YPG-nın nəzarətindəki dırnaqarası SDG-yə komandanlıq edən PKK-lı terrorçu ilə dırnaqarası “əməliyyat planı”nın imzalandığı BMT-nin Cenevrə Ofisinə və ölkəyə girməsinə icazə verən İsveçrə orqanlarına etiraz notası göndərdi.

“Yenişafak”: “Türkiyə yaşamaq və işləmək üçün ən yaxşı 7-ci ölkədir”

 HSBC qrupu "Expat Explorer" adlı sorğu apararaq 163 ölkədən 18 mindən çox əcnəbi işləyənin rəyini öyrəndi.

Sorğuda ölkələrin təqdim etdiyi imkanlar həyat keyfiyyəti, iş-şəxsi həyat tarazlığı, maddi gəlir və ailə həyatı baxımından araşdırılır.

Sorğunun nəticələrinə görə, Türkiyədə işləyən əcnəbilərin  62 faizi həyat keyfiyyətlərinin öz ölkələrinə nisbətən artdığını bildirir.

Türkiyədə işləyən əcnəbilərin 52 faizi iş həyatına, xobbilərinə, və ya ailəsinə daha çox vaxt ayıra bildiyini, 55 faizi daha yaxşı  ev, və ya maşın kimi arzularını həyata keçirə bildiyini, 69 faizi isə özünü təhlükəsiz hiss etdiyini və yerli xalqın mehriban olduğunu ifadə edir.

Bu ölkədə işləyən əcnəbilərin 60 faizi ölkələrinə nisbətən Türkiyədə iş-şəxsi həyat balansının daha yaxşı olduğunu qeyd edir.

“Habertürk”: “Dünyanın seçimi Türk xalçaları”

Türkiyədə ilin ilk 6 ayında 177 ölkəyə 1 milyard 176 milyon dollarlıq xalça ixrac edildi. İxracda ilk yerdə 282 milyon dollarla ABŞ yer aldıqda, onu 210 milyon dollarla Səudiyyə Ərəbistanı, 57 milyon dollarla Almaniya və 45 milyon dollarla İraq təqib edir. İngiltərə, Liviya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İran, Küveyt, İsrail, Belçika da Türkiyənin əhəmiyyətli bazarları sırasındadır.

“Vatan”: “Pamubqalada rekord qırdıq”

Dənizli vilayətinin dünya şöhrətli turizm mərkəzi Pamukqala ilin ilk 6 ayındakı 1 milyon ziyarətçi sayı ilə bütün zamanların rekordunu qırdı. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz artımın qeydə alındığı Pamukqalanı ilin axırınadək 2 milyon 800 min turistin gəzəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr