Türkiyə mətbuatı, 03 iyul 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1229452
Türkiyə mətbuatı, 03 iyul 2019

“Star”: “Ərdoğan Çində Si Cinpinlə görüş keçirdi”

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Çin Xalq Cümhuriyyətində səfərə idi. Çinin dövlət başçısı ilə görüşünden evvel verdiyi açıqlamada minlərlə illik əlaqələrə sahib İpəkyolu ilə bir-birinə bağlanan qədim mədəniyyətlər üzərində yaranmış Türkiyə-Çin əməkdaşlığının gücləndirilməsi üçün potensiyalın böyük olduğuna inandığını dilə gətirən Ərdoğan dedi:

“Tək Çin siyasəti Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Çinə səfərim bu dəfə qlobal sülh və sabitliyə yönəldilmiş sınaqların artdığı bir zamanda reallaşır. Türkiyə-Çin əlaqələrinin güclənməsinin, regional və qlobal sabitliyə də ciddi töhfəsi olacaq”.

“Yeni Şafak”: Xarici İşlər Nazirliyi BMT-yə PKK ilə əlaqədar sərt reaksiya göstərdi”

Türkiyə BMT-nin terror təşkilatı PKK/PYD/YPG rəhbərliyindəki dırnaqarası SDY-yə komandanlıq edən terror təşkilatı PKK üzvü “Fərhad Abdi Şahin” ilə üzvlərin məlumatı olmadan bir araya gələrək “Əməliyyat planı” imzalamasını BMT adından son dərəcə vahim hadisə olaraq qiymətləndirdi və sərt şəkildə qınadı.

“Sabah”: “Türkiyədən Əsəd rejiminə İdlib xəbərdarlığı”

Türkiyənin Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisi tərkibindəki daimi nümayəndəsi səfir Sadiq Arslan Suriyanın İdlib şəhərində nəzarət məntəqəsinə istiqamətli hücumla bağlı "Türkiyə rejiminin nəzarət etdiyi bölgələrdən Türkiyənin (İdlibdəki) nəzarət məntəqələrinin hedef alınmasınının qisasını almaqda tərədüd etməyəcəkdir” deyə xəbərdarlıq etdi.

“Vatan”: “Nazir Pekcandan Türkiyənin ixracına dair açıqlama”

Ticarət naziri Ruhsar Pekcan ixracatın ilin ilk 6 ayında 88,2 milyard dollara çatdığını bildirərək, “Cümhuriyyət tarixinin rəkordu qırıldı” dedi.

“Haber Türk”: “Açılış mərasimində Çini kitabə tanıdıldı”

İstanbuldakı Türk və İslam Əsərləri muzeyinin Etnoqrafiya bölməsinin təmir işləri tamam oldu. Mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoyun da iştirak etdiyi açılış mərasimində İngiltərədən geri qaytarılan 16-cı əsrə məxsus Çini kitabə tanıdıldı.



Әlaqәli Xәbәrlәr