Türkiyə mətbuatı, 27 iyun 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1225905
Türkiyə mətbuatı, 27 iyun 2019

“Yeni Şafak”: “29 iyunda Ərdoğan və Putinin görüşü olacaq”

Kremlin mətbuat katibi Dimitri Peskov prezident Rəcəb Tayyib Ərdoğanın 29 iyunda Yaponiyanın Osaka şəhərində Rusiyanın dövlət başçısı Vladimir Putin ilə görüş keçirəcəyini açıqladı. Ərdoğan və Putinin görüşdə Türkiyənin hərbi invantarına daxil edəcəyi S-400 havadan müdafiə sistemlərini müzakirə edəcəyi gözlənilir.

“Sabah”: “Yaponiyada keçirilən G20 sammitində prezident Ərdoğanı tərifləyən ifadələr!”

Prezident Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 liderləri sammitində iştirak edəcək. Zirvəyə hazırlıq çərçivəsində dərc olunun xüsusi "G20" qəzetində liderlərdən bəhs edildi. Qəzet yazır ki, 15 iyul (2016) Erdoğan Fəthullahçı Terror Təşkilatının çevrilişə cəhdinin qarşısını müvəffəqiyyətlə aldı. Ərdoğan bir neçə dəfə Yaponiyaya səfərə gəldi və konstitusiya dəyişikliyi ilə Türkiyənin seçilən ilk prezidenti oldu.

Qəzetdə Ərdoğanın müsəlman bir lider olduğu da vurğulandı.

“Vatan”: “Dünya fındıq ixracının 85-90 faizini ölkəmiz reallaşdırır”

Türkiyə Kənd Təssərüfatı Palataları Birliyinin icra heyətinin üzvü Arslan Soydan dünya miqyasında fındıq ixracının 85-90 faizini Türkiyənin reallaşdırdığını bildirərək, “ İstehsalçılarımızın cəhdlərilə yetişdirilən fındıqdan ölkəmiz 2016-2017 sezonunda 1,9 milyard dollar, 2018-2018 sezonunda isə 1,8 milyard dollar ixrac gəliri əldə etmişdir” dedi.

“Star”: “THY 5 ayda Uzaq Şərq bazarında 2,3 milyon sərnişin daşıdı”

Türk Hava Yolları Uzaq Şərq bazarında cari ilin ilk 5 ayında sərnişin doluluq nisbətini 85 faizə, sərnişin sayını isə 4,3 faiz artımla 2,3 milyona çıxardı. THY-yə yeni geniş göyərtəli təyyarələrin daxil olması ilə Uzaq Şərq bazarında yeni nöqtələrə uçuşlar reallaşacaq.

“Hürriyət”: “Hər gün daha da artır! Hər ölkədən insan gəlir…”

Türkiyə və dünyanın favorit turizm mərkəzi Muğlanın Bodrum qəsəbəsində yerli və əcnəbi turist sayında artım müşahidə olunur. Bodrum Hotelçilər Dərnəyinin baş katibi Orxan Kavala əcnəbi turist sayında müsbət səviyyədə artım olduğunu bildirərək, “Qəsəbədə ingilis, rus, Ukrayna, Almaniya, Belçika və fransız mənşəli qonaqlar əksəriyyətdədir” deyə bildirdi.



Әlaqәli Xәbәrlәr