Türkiyə mətbuatı, 24.06.2019

Bu gün Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1223815
Türkiyə mətbuatı, 24.06.2019

"Vətən": "Terror təşkilatına ağır zərbə! Sayı yüksəlir"
 
 İraqın Hakurk bölgəsində davam edən "Pəncə" əməliyyatı da dahil olmaqla, şimalında zərərsizləşdirilən terrorçu sayı 96 oldu. Hakurk bölgəsindəki kəşfiyyat fəaliyyətlərinə davam edən desantlar PKK tərəfindən istifadə edilən 8 otaqlı bir mağara aşkar etdilər. Mağarada aparılan axtarışda çox sayda silah-sursat, həyat üçün zəruri olan əşyalar ələ keçirildi.
 
 "Star": "Mursinin oğlu Abdullah Ərdoğana təşəkkür etdi"
 
 Misirdə məhkəmə zalında vəfat edən, ölkənin demokratik seçkilərlə seçilmiş ilk prezidenti Məhəmməd Mursinin ailəsi başda prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla, onları tək qoymayan hər kəsə təşəkkür etdi. Atası üçün bütün dünyada milyonlarla insanın qiyabi cənazə namazı qılmasına işarə edən Abdullah: "Tarixdə belə bir hadisəyə şahidlik edilmədi" dedi. Abdullah: "Hamıya, xüsusilə də, cənab Ərdoğana, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Saniyə və atasına, Malayziya hökumətinə və sabiq Tunis prezidenti Münsif əl-Mərzukiye təşəkkür edirik" deyə danışdı.
 
 "Yeni Şəfəq": "Antalya əhalisindən iki dəfə çox turist qəbul etdi"
 
 Turizmin paytaxtı Antalyaya hava yolu ilə gələn turist sayı bu il 22 iyun tarixində 4 milyon 943 min 637-yə çatdı. Dünyanın ən mühüm turizm məkanlarından biri olan şəhər, 5,5 ayda əhalisindən təxminən iki dəfə çox əcnəbi turisti qarşılayıb. Şəhərə bu il 5,5 ayda 180 ölkədən turist gəlib. Keçən il təxminən 14 milyon əcnəbi turisti qəbul edən, 2,5 milyon əhaliyə malik Antalyanın 2019-ci ildə yeni bir rekord əldə edəcəyi ehtimal edilir.
 
 "Hürriyyət": "Türk Hava Yollarının flotuna yeni təyyarələr əlavə olunur"
 
 THY flotuna  30 ədəd "Airbus 350-900" təyyarəsi, 30 ədəd də "Boeing 787-9" təyyarəsi alır. Türk Hava Yollarının flotuna " Boeing 787-9 Dreamliner" tipli ilk təyyarə iyunun 25-də əlavə olunacaq. Bu il "Dreamlinar"lərın 3-ü iyul, qalan 2-si isə avqust aylarında flota daxil olacaq. THY-nin ilk "Boeing 787-9" tipli təyyarəsi isə iyulun 8-də İstanbuldan Antalyaya uçacaq. 2020-ci ildən etibarən  flotda yerini tutacaqq THY-nin  "Airbus 350"lərinin ilkinin təhvili tarixi isə gələn ilin mart ayı olacaq.
 
 "Sabah": "İpək Soylu Portuqaliyada çempion oldu"
 
 Milli tennisçi İpək Soylu "Foz İnternational Ladies Open" turnirində qələbə qazandı. İpək Soylu finalda qarşılaşdığı kanadalı  Katerina Sebovu 6-7, 7-6, 6-3-lük setlərlə məğlub edərək Portuqaliyanın Figueira Da Foz şəhərində kubok qazandı. Portuqaliyadakı qələbəsindən başqa bu mövsüm ikisi Misir, biri Tailandda olmaqla, üç çempionluğu da olan uğurlu idmançı bu qalibiyyətlə peşəkar karyerasının 12-ci qələbəsini qazandı.



Әlaqәli Xәbәrlәr