Türkiyə mətbuatı, 13.06.2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1217714
Türkiyə mətbuatı, 13.06.2019

“Yeni Şafak”: “Prezident Ərdoğan: Türkiyə S-400-ləri almışdır”

Prezident Rəcəb Tayyib Ərdoğan S-400-lərlə əlaqədar mübahisələrə son qoydu. Ərdoğan “Türkiyə S-400 havadan müdafiə sistemlərini alacaq demirəm, almışdır. Biz bu işi bitirdik. Ümid edirəm ki, gələcək ay bu sistemin ölkəmizə təhvil verilmə  işi reallaşacaq. Sistem hücum deyil, müdafiə sistemidir. Ölkəmizi müdafiə etmək üçün lazımi tədbirləri görməyəcəyəmmi? Özgələrinəmi sual edəcəyəm?” dedi.

“Sabah”: “ABŞ-ın qalmaqallı S-400 məktubuna Türkiyədən sərt reaksiya!”

Milli müdafiə naziri Hulusi Akar ABŞ müdafiə nazirinin vəzifələrini icara edən Patrik Şanahanın göndərdiyi S-400 məktubuna sərt reaksiya göstərdi. Akar “ABŞ müdafiə nazirinin vəzifələrini icara edən Patrik Şanahanın göndərdiyi S-400 məktubu tərəfdaşlıq ruhuna uyğun deyil və lazımlı cavabı hazırlayırıq” dedi.

“Star”: “HAVELSAN-a Qətərdə kiber təhlükəsizlik vəzifəsi”

Enerji, telekommunikasiya, avtomobil, təhlükəsizik sahələrində fəaliyyət göstərən Qətərin tanınmış şirkətlərindən Jaidah qrup kiber təhlükəsizlik problemlərində HAVELSAN ilə əməkdaşlığa dair saziş imzaladı. Jaidah qrup HAVELSAN-ın kiber təhlükəsizlik sahəsindəki təcrübəsindən istifadə edəcək, HAVELSAN-ın məhsul və həll yollarından istifadə edərək kiber təhlükəsizliklə bağlı proqramlarını yetkin hala gətirəcək.

“Hürriyət”: “Türkiyənin ən qiymətlisi: THY”

Beynəlxalq marka dəyərləndirmə quruluşu “Brand Finance”nin araşdırmasına görə, Türk Hava Yolları (THY) 1.7 milyard dolları keçən marka dəyərilə keçən il olduğu kimi bu il də Türkiyənin ən qiymətli markası oldu.

“Habertürk”: Bar Rafeeli: Türkiyəni çox istəyirəm”

İsrailli model Bar Refaeli “Dosso Dossi Fashion Show” moda evi tərəfindən Antalyada təşkil edilən təkstil sərgində iştirak etdi. Rafeli sərgidən sonra təşkil etdiyi mətbuat konfransında Türkiyəni çox istədiyini söylədi: “Türkiyə evimə çox yaxındır. Türk qadınları çox baxımlıdırlar. Türkiyədən tanıdığım tək məşhur Nusrət Gökçədir”.



Әlaqәli Xәbәrlәr