Türkiyə mətbuatı, 12.06.2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1216923
Türkiyə mətbuatı, 12.06.2019

“Star”: “Rusiyanın son açıqlaması: Türkiyəyə S-400 satışında dəyişiklik yoxdur”

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın atdığı addımlar qarşısında rəsmi Ankara ilə Moskva arasında qəbul edilən sazişə uyğun olaraq bütün məsuliyyətlərini vaxtında və hər hansı dəyişiklik olmadan yerinə yetirəcəklərini bildirdi.

“Sabah”: “Almaniya Türkiyəni təriflədi”

Almaniyanın iqtisadiyyat və enerji nazirinin müavini Thomas Barias Türkiyə ilə Almaniya arasında enerji və turizm sahələrində əməkdaşlıq potensiyalının “çox böyük” olduğunu söylədi.  

“Vatan”: İstanbulda istehsal edərək dünyaya satdıq”

İstanbuldakı ixracatçılar yanvar-may dövründə tekstildən hazır geyimə, avtomobildən meyvə və tərəvəzə, zərgərlikdən müdafiə sahəsinə qədər 27 ayrı iş qolunda istehsal etdiyi 29,8 milyard dollarlıq məhsulu dünyanın 227 ayrı yerinə çatdırdı.

“Habertürk”: “Rus turistlərin yay mövsümü seçimi yenə Türkiyə”

Rus turistlərin yay tətili seçimi yenə Türkiyə oldu. Bu ilin ilk 5 ayında Türkiyəyə gələn rus turist sayı Estoniyanın 1 milyon 300 minlik əhali sayına yaxınlaşdı. Rəsmilər bu il 6 milyon rus turistin Türkiyəyə gəlməsini gözlədiklərini bildirirlər.

“Hürriyət”: “Minlərlə adam gəldi! Nəhəng gəmilər yan aldı…”

Aydın vilayətinin Quşadası qəsəbəsində lövbər salan 4 kruiz gəmisindən 4 min 800 turist ilə 2 min 370 gəmi xədəməsi şəhərə daxil oldu. Gəmilərdən enən əksəriyyəti amerikalı sərnişinlərdən bəziləri avtobuslarla Efes və Məryəm Anaya gedib oraları gəzdi. Tur proqramında iştirak etməyən sərnişinlərdən əksəriyyəti qəsəbə mərkəzinə üz tutdu.  



Әlaqәli Xәbәrlәr