Türkiyə mətbuatı

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1207341
Türkiyə mətbuatı

"Sabah": "1,2 milyon universitet tələbəsinə yay işi "

Prezident Rəcəb Tayyib Ərdoğanın açıqladığı Sosial Əmək Programı ilə İstanbulda 51 universitetdə təhsil alan 1 milyon 252 min tələbə də iş imkanı qazanır. Üç ay sosial işlərdə işləyəcək gənclər 2 min 500 lirə maaş alaraq ilk dəfə sığortalanacaqlar. Gənclər olduqları şəhərdə yaşlı insanları qayğı göstərəcək, sosial xidmətlər verəcək, məşqçilik  edəcəklər. İstanbul Böyükşəhər Bələdiyyəsində  rekonstruksiya, turizm, sosial layihələr, mədəniyyət sahələrində 50 min gənc yarımştat çalışa biləcək.

 

"Star": "Sənayeçilərə 30 milyard lirəlik dəstək"

Xəzinə və Maliyyə naziri Bərat Albayraq İVME Maliyyələşdirmə Paketini açıqladı. Söyləyəcəklərinin Türkiyə düşmənlərini kədərləndirəcəyini dilə gətirən nazir Albayraq İVME Maliyyələşdirmə Paketi daxilində bu ilin sonuna qədər sənayeçinin təxminən 30 milyard lirəlik maliyyə vəsaiti ilə təmin ediləcəyini açıqladı.

 

"Haber Türk": "Skoda" həmkarlar ittifaqı:" VW zavodu Türkiyə və ya Bolqarıstanda ola bilər"

"Skoda" həmkarlar ittifaqı açıqlama verərək "Volkswagen" zavodunun Türkiyə və ya Bolqarıstanda ola biləcəyini bildirdi. Açıqlamada Bolqarıstanın sabit siyasi mühiti və Avropa İttifaqına üzv olması önə çıxarıldı, Türkiyənin avtomobil industriyasındakı möhkəm infrastrukturuna diqqət çəkildi.

 

"Vətən": "Turkish Cargo" ilin ilk rübündə böyüdü"

"Turkish Cargo" 2019-cu ilin ilk rübündə qlobal hava yükü bazarında  3.1 faiz azalmağa rəğmən böyüməyə davam etdi. "Turkish Cargo" "WACD" (World Air Cargo Data) məlumatlarına görə, satılan yük tonajında keçən ilin eyni dövrünə görə,11,6 faizlik artımla böyüməyə davam etdi. "WACD"nin ilin birinci rübünə aid bölgə məlumatlarına görə, "Turkish Cargo"nun ən əhəmiyyətli böyümə rəqəmləri Asiya və Amerika bazarlarında müşahidə olundu.

 

"Yeni Şəfəq": "Sumelanın qapıları yenidən açılır"

Restovrasiya işləri sürətləndirilən Trabzondakı Sümela monastırınnın qapıları 4 il sonra ziyarətçilərin üzünə açılacaq. İnsanlar 25 may tarixindən etibarən monastırın içindəki ilk həyətə qədər olan birinci hissəsini ziyarət edə biləcəklər. Sümela monastırı və kompleksində davam etdirilən bütün işlər tamamlandıqdan sonra monastırın Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESCO-nun Dünya Mədəniyyəti İrsinin Daimi Siyahısında yer alması üçün işlər aparılacaq.
 



Әlaqәli Xәbәrlәr