Türkiyə mətbuatı, 22.05.2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1205802
Türkiyə mətbuatı, 22.05.2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

“Hürriyet”: “Sabiha Gökçendə xarici uçuş reyslərinin sayı 128-ə çıxacaq”

İstanbul Sabiha Gökçen beynəlxalq hava limanında (İSG) bu yay açılacaq 7 xəttlə xarici uçuş reyslərinin sayı 128-ə çıxacaq.

  İSG-dən verilən məlumata görə, bu yay mövsümü uçuş şəbəkəsinə 7 uçuş xətti də əlavə edilir.  

  Pegasus Hava Yolları ilə 28 maydan Səudiyyə Ərəbistanının paytaxtı Riyada həftənin hər günü qarşılıqlı, 29 iyundan Hollandiyanın Eindhoven şəhərinə həftədə üç, 1 iyuldan İngiltərənin Mançester şəhərinə həftədə beş və İtalyanın Venedik şəhərinə həftədə dörd, 8 iyuldan isə Mərakeşin Kazablanca şəhərinə həftədə dörd dəfə uçuş olacaq.

“Yeni Şafak”: “Mavi turlarda doluluq nisbəti 100 faizə çatdı”

Mavi səyahətin mərkəzi qəbul edilən Cənubi Egeydə “mavi turlar”da doluluq nisbəti 100 faizə çıxdı. Tətilçiləri mavi səyahətə çıxaran mühərrikyaxtalar və qayıqlarla yanaşı yüzdən artıq taxta saray kimi vəsifləndirilən yelkənli yaxtaların hamısı da iyunun 4-də başlayacaq ramazan bayramında dənizdə olacaq.

“Haber Türk”: “Alibabanın ödəniş platforması “Alipay” Türkiyə bazarına girdi”

Çinli e-ticarət nəhəngi Alibabanın şirkətlərindən ödəniş platforması “Alipay” Türkiyədə fəaliyyətlərinə başlayır. Bunun üçün yeni nəsil ödəniş platforması “ininal” ilə razılaşan Alipay Türkiyədə çinli turistlərə xidmət göstərməyə başladığını elan etdi.

“Vatan”: “Türk Hava Yolları (THY) bu il məşğulluqda rekord qıracaq”

66 minə yaxın əməkdaşı olan THY 2019-cu il üçün təqribən 8 min 430 nəfəri işlə təmin etməyi planlaşdırır. Ancaq THY planlaşdırdığının üzərinə çıxaraq ilk 5 ayda 4 min 600 nəfəri işlə təmin etdi. Xüsusilə yay aylarının fəallığına görə yeni təyyarələrin də xidmətə başlaması ilə personal ehtiyacı artacaq. Əlavə məşğulluqla birlikdə bu il məşğulluq sayı rekord olacaq. Beləliklə, THY cari il 10 minə yaxın insanı işlə təmin edəcək.



Әlaqәli Xәbәrlәr