Türkiyә mәtbuatı: 20.05.2019

Türkiyə mətbuatında bu gün dərc oluan bəzi xəbərlərin xülasəsi.

1204366
Türkiyә mәtbuatı: 20.05.2019

 

 

Türkiyə mətbuatında bu gün dərc oluan bəzi xəbərlərin xülasəsi.

 

Yeni Şafak: "Türkiyənin Milli Muharip Tәyyarәsi 2023-cü ildә anqardan çıxacaq’’

 

Türkiyә Müdafiə Sənayesinin başçısı İsmail Demir  Milli Muharip Təyyarəsinin F-16 tipli tәyyarәlәri әvәz edәcәyini bildirib. Demir tәyyarәnin ümumi görünüşünün hazır olduğunu ifadә edib. O, qeyd edib ki, tәyyarәnin sisteminin hazırlıq işlәri davam etdirilir. İsmail Demir hәmçinin vurğulayıb ki, tәyyarә 2023-cü ildә anqardan çıxacaq.

 

 

Star: "Türkiyə Şərqi Aralıq dənizində hüquqlarını qorumağa davam edәcәk’’

Enerji və Təbii Sәrvәtlәr naziri  Fatih Dönmez  böyük və güclü Türkiyə hədəfləri üçün addımlar atmağa davam edəcəklərini ifadə edib. Fatih Dönmәz bildirib ki, Şәrqi Aralıq dәnizindә ölkәmizin, xalqımızın  vә Şimali Kipr Türk Respublikasının hüquqlarını qoruduq, qorumağa da davam edәcәyik’’.

 

Vatan: "Asiyalı investorlar Türkiyəyə 466 milyon dollarlıq sәrmayyә qoyub"

Xarici investorlar 2018-ci ilin mart ayında Türkiyәyә 835 milyon dollar sәrmayyә qoyub. 2019-cu ilin eyni dövründә isә Türkiyәyә xarici investorlar tәrәfindәn   820 milyon dollar mәblәğindә  sәrmayyә qoyulub. Bu sәrmayәlәrin 466 milyon dollarlıq hissәsi asiyalı, 342 milyon dollarlıq hissәsi avropalı, 10 milyon dollarlıq hissәsi amerikalı vә 2 milyon dollarlıq hissәsi isә afrikalı  investorlar tәrәfindәn qoyulub.

 Qeyd edәk ki, Türkiyәyә әn çox sәrmayyә qoyan  asiyalı investorlar olub.

 

 

Haber Türk: ‘‘Türkiyә bәnzәrsiz tarixi vә mәdәni әsәrlәrә sahibdir’’

Türkiyә Mədəniyyət və Turizm nazirinin müavini Nadir Alpaslan Türkiyənin bәnzәrsiz  tarixi və mədəni dәyәrlәrә sahib olduğunu vurğulayıb. Alpaslan Türkiyә torpaqlarının  müxtәlif sivilizasiyaların izlәrini daşıdığını ifadә edib. Tarixi әsәrlәrin qoyunması mәsәlәsindә son dәrәcә hәssas davrandıqlarını deyәn Alpaslan bununla bağlı ciddi addımlar atdıqlarını bildirib.

 

 

Hürriyet: ‘‘İrem Yaman 2-ci dәfә dünya çempionu oldu’’

İrem Yaman  tarixi rekorda imza atdı. Dünya Taekvando Çempionatında 62 kiloqram çәki dәrәcәsindә mübarizә aparan İrem Yaman  qızıl medal qazanıb. İngiltәrәnin Mançester şәhәrindә keçirilәn çempionatın son günündә qadınlar kateqoriyasında 62 kiloqram çәki dәrәcәsindә mübarizә aparan İrem Yaman Braziliya tәmsilçisi Karolin Santosla üzlәşib. Rәqibini 21-7 hesabı ilә mәğlub edәn İrem Yaman qızıl medalın sahibi olub. Belәliklә İrem Yaman ikinci dәfә dünya çempionu olan ilk Türk qadın taekvandoçu olub.



Әlaqәli Xәbәrlәr