Türkiyə mətbuatı, 16 may 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1202205
Türkiyə mətbuatı, 16 may 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

“Sabah”: “Ərdoğandan kritik görüş”

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti Şövkət Mirziyoyev ilə telefonla danışıb.

Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Mәlumata qeyd olunub ki, görüşlərdә ikitәrәfli vә regional mövzular müzakirә olunub.

“Hürriyet”: “Nazir Çavuşoğlunun S-400 müdafiə sistemlərilə əlaqədar açıqlaması”

Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyadan alınacaq S-400-lərlə bağlı:"Hal-hazırda təxirə salma, və ya dayandırma kimi bir şey yoxdur" dedi. Çavuşoğlu "S-400-lər tamamlanmış bir müqavilədir. İndi təxirə salma barəsində danışmağın vaxtı deyil. Bu komissiya oturar, işləyər və hesabat hazırlayar. Ondan sonra da biz dəyərləndirərik. Bu ilkin şərtlərlə bir şey əldə etmək mümkün deyil" deyə bildirdi.

“Star”: “Xarici turist sayında 24 faiz artım”

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy aprel ayında Türkiyəni ziyarət edən xarici turist sayının 24 faiz artdığını bildirdi. Ersoy ən çox turistin isə 48 faiz ilə Almaniyadan gəldiyini vurğuladı.

“Haber Türk”: “Təzə məyvə və tərəvəz ixracında Rusiya liderdir”

Türkiyədən ilin ilk dövrd aylıq dövründə 118 ölkəyə 622 milyon 463 min 509 dollarlıq təzə məyvə, tərəvəz ixrac edildi. Həmin dövrdə 184 milyon 157 min 451 dollarlıq ixracla Rusiya ilk yeri tutdu.

“Vatan”: “Mərakeşdə Türk seriallarının izlənmə reytinqi”

Mərakeşdə televiziya ekranlarına çıxan Türkiyə istehsalı olan seriallar reytinq sırasında ən üst yerlərdə qərar tutur.

Ölkədəki yerli kanalların reytinq nisbətlərini təqib edən "Marok Metri" adlı təşkilatın verdiyi məlumatda  dövlət televiziya kanalı  "Kanal 2"-də nümayiş olunan "Məni bağışla" adlı Türk serialının Ramazan ayında ən çox izlənilən seriallar arasında üçüncü yerdə olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr