Türkiyə mətbuatı

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1197936
Türkiyə mətbuatı

 "Hürriyyət": "Turistlərin bir nömrəli seçimi"
 
 Antalya keçən il iki hava limanı və transfer sənrnişinlərindən ibarət ümumilikdə 13 milyon 591 min 17 turisti, 5 rayondakı kruiz limanlarında da 51 min 835 olmaqla, ümumilikdə 13 milyon 642 min 852 turist qəbul edib. 2018-ci ildəki turist sayında 2017-ci ilə görə 30 faiz artım qeyd edilib. 2019 ilə aid xarici turist sayındakı hədəf isə 16 milyon olaraq açıqlandı. Şəhərə 2019-cu ilin ilk dörd ayında ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz artımla 1 milyon 560 min 862 turist gəlib.
 
"Sabah": "Türkiyənin yeni silahı: Alka"
 
 Son dövrdəki terror hücumlarında tez-tez istifadə edilən partlayıcı yüklü hava vasitələri və əl istehsalı partlayıcıları zərərsizləşdirmək üçün Türkiyədə dünyada olduqca innovativ olan Alka İstiqamətləndirilmiş Enerji Silah Sistemini (YESS) yaradıldı. Türkiyənin raket sahəsindəki lider şirkəti ROKETSAN Alka İstiqamətləndirilmiş Enerji Silah Sistemini  ilk dəfə İstanbuldakı 14-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisində təqdim etdi. Alka sınaq görüntülərində əl istehsalı partlayıcı, təhlükəsizliyi pozan dron, silah-sursat daşıyan dron, cəsus dron, sürü dron təcavüzü kimi təhlükələri uğurla dəf etdi.
 
 "Vətən": "Pasportdan üz tanıma sistemi ilə keçid başladı"
 
 Dünyada bir çox hava limanında istifadə edilən barmaq izi və üz tanıma ilə pasport nəzarətindən keçməyi təmin edən Biometrik Avtomatik Keçid Sistemi sınaq məqsədi ilə Sabiha Gökçen Beynəlxalq Hava Limanında xidmətə girəcək. Hava limanı terminal sahibi İSG və Polis Baş İdarəsi tərəfindən birgə iyaradılan və xidmətə buraxılan Biometrik Avtomatik Keçid Sistemi ilə sərnişinlər sistemdə qeyd olunmuş barmaq izləri və üzləri ilə 18 saniyədə pasport nəzarətindən keçəcəklər.
 
 "Hürriyyət": "Fərzan Özpətəkə İtaliyadan arxa-arxaya fəxri adlar verildi"
 
 Məşhur rejissor Fərzan Özpətək İtalyanın Lecce və Neapol şəhərlərindən sonra Palermo bələdiyyəsi tərəfindən də fəxri vətəndaş elan edildi. Palermo Universiteti Özpətəkə fəxri doktor adı verdi. Salento Universiteti də Özpətəki "Mədəniyyət səfiri" olaraq təyin etdi.



Әlaqәli Xәbәrlәr